“Metropolitenə dotasiya ləğv edilir və qiymət bahalaşır”

 

Artıq yeni bahalaşma anonsu verilidi. Bütün bunların isə əhali üçün heç bir perspektivi yoxdur.

Bunu iqtisadçı-ekspert Qadir İbrahimli 2018-2021-ci illərdə mallar (işlər, xidmətlər) üzrə dövlət tərəfindən tarif (qiymət) tənzimlənməsi siyasətinin prioritet istiqamətlərinə münasibət bildirərkən deyib: “Tariflərinə dövlət tənzimlənməsi tətbiq olunan sahələrin tədricən liberallaşdırılması nəzərdə tutulur. Yəni, dotasiyalar ləğv edilir, özünü maliyyələşdirməyə keçilir. Məsələn, Metropolitenə dotasiya ləğv edilir və qiymət bahalaşır. O biri sahələr də eləcə...”
Qeyd edək ki, hakimiyyət dotasiya ilə yaşayan müəssisələrin özünü maliyyələşdirmə sisteminə keçidi həm də ölkədə islahat xarakterli addımlar atdığını elan etmək taktikası ilə hərəkət edir. Bununla yanaşı, hökumət xalqın öz alın təri ilə həyat tərzini qurması ilə bağlı hər hansı bir islahatları aparmaq fikrində olmadığını bir daha nümayiş etdirməkdə davam edir.

Xudaferin.eu
“Bakı Bürosu”

 

09:48