Mehman Hüseynov : 3 saat başımda torba, üzü aşağı saxladılar, amma mən sınmadım
Mehman Hüseynov jurnalistlərə saxlanılan zaman ona verilən fiziki təzyiqlərdən danışıb. O, deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib: “Mən özümdən getmişəm. Bir də hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər.”
Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar.
Bloqqer açıqlamasında məhkəməyə də toxunub: “Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”.
M. Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib.
Qeyd edək ki, tanınmış blogger Mehman Hüseynov son zamanlar bir sıra məmurların villaları haqqında çəkdiyi süjetləri social şəbəkələrdə paylaşıb. Həmin süjetlərdəyer alan nəhəng tikililərin bir sıra nazirlərə, komitə sədrlərinə və millət vəkillərinə aid olduğunu isə dəlil sübutla ortayab qoyub. Bu süjetlərdə o da qeyd olunur ki, iri çəkili məmurlara məxsus olan bu villaların hər birinin dəyəri onmilyon dollarla ölçülür. Dövlətdən maaş alan bu iri çəkili məmurlara bu qədər vəsaitin haradan olması haqqında isə süjetlərdə suallar ortaya qoyulub.

Xudaferin.eu
11:28
Digər xəbərlər