“Əl Ərəbiyə” telekanalı: Ermənistanın Türkiyə ilə əlaqələrinin normallaşması onun Azərbaycanla problemlərinin həllindən asılıdır

Nüfuzlu “Əl Ərəbiyə” telekanalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatla bağlı reportaj yayımlayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, reportajda Rəcəb Tayyib Ərdoğanın rəsmi Yerevanın Ankara ilə əlaqələr qurmasının şərtləri ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Türkiyənin dövlət başçısı bu münasibətlərin qurulmasının başlıca şərtinin Ermənistanın Azərbaycanla problemlərini həll etməkdən asılı olduğunu vurğulayıb.

Reportajda Rəcəb Tayyib Ərdoğanın bəyanatından sitat yer alıb: “Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək”.

Həmçinin qeyd olunub ki, Türkiyə Prezidenti Azərbaycanın Füzuli şəhərində yeni inşa edilmiş hava limanının açılışında iştirak edib.

Oqtay Bayramov

Xudaferin.eu

16:50