KXCP Tarif Şurası ilə bağlı bəyanat yaydı

KXCP (Klassik Xalq Cəbhəsi partiyası) mətbuat xidmətindən “Hürriyyət” qəzetinə daxil olan məlumatda bildirilir ki, ölkə vətəndaşlarının maddi və maliyyə imkanlarını nəzərə almadan enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı Tarif şurasının qərarları ölkədə bütün sahələr üzrə qiymətlərin kütləvi bahalaşmasına təkan verib. Bahalşmanın anormal cəhəti isə artırılmış qiymətlərin həmin sahələrdəki maya dəyərlərindən qat-qat artıq olmasıdır. Bu hadisə, insanlara olmayan imkanlarını səfərbər etməyə təkliflər səsləndirən hökümətlə əhali arasında dərin uçurum olduğunu göstərən acı gerçəkliyi bir daha üzə çıxartdı. Hakimiyyət nümayəndələrinin çıxışları və bəyanatlar rəsmilərin obyektiv reallıdan çox- çox uzaq olduğunu bir daha göstərdi.

KXCP-nin bəyanatında o da bildirilir ki, rayonlarda təmamilə olmayan istilik sistemlərinin  paytaxtdakı yarıtmaz vəziyyəti ilə bərabər yeni tariflərə keçid əhalini soyuq qış fəslində ciddi təhlükələrlə üz-üzə qoyacaqdır. Odunla bağlı məhdudiyyət və qadağalar şəraitində yaşayanlar əvvəlki tariflə bir ayı 40-90 manata başa gələn qazla isinmə məcburiyyətində qalırdısa, yeni tarifə keçməklə həmin xərcləri iki dəfə bahalaşdıran hakimiyyət əhalinin əksəriyyət təşkil edən az təminatlı təbəqəsinə laqeyd münasibətini bir daha göstərdi. Son gündə edilən cüzi dəyişiklik real həyat şəraitinə heç bir yüngüllük gətirmir. Vətəndaşları əzməkdə israrlı olan və adları korrupsiya-rüşvət, büdcənin talanmasında hallanan nazirliklərin yetgililərindən təşkil edilmiş Tarif Şurasının qanundan kənar məqsədlərini həyata keçirilməsində vasitə rolu oynadığını və cəmiyyətimizin maraqlarları ilə ziddiyət təşkil etdiyini bir daha sübut etdi. KXCP Tarif Şurasının bütün son qərarlarının ləğv edilməsini və həmçinin, mövcud olduğu dövrdə ölkəyə heç bir müsbət qatqıda bulunmayan,faydalı xidmət göstərməyən belə bir qurumun tezliklə ləğv edilməsini tələb edir.

“Hürriyət”

11:38