KOMITƏ SƏDRI BAYRAQ GÜNÜ MÜNASIBƏTILƏ XALQIMIZI TƏBRIK EDIB

Əziz həmvətənlər!

Noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Bu münasibətlə xalqımızı səmimi qəlbdən təbrik edir, eyni zamanda dövlətimizin, millətimizin rifahı naminə bu bayraq altında birləşərək hər kəsi öz çapında Vətənə sədaqətlə xidmət etməyə cağırıram!

Müasir anlamda “bayraq” sözü-dövlətimizin, müstəqillik, suverenlik və istiqlal rəmzi kimi başa düşülür.( Məlumat ucun deyim ki,bayraq sözü qədim türk dillərinində «batırak – batrak- bayrak» kimi ifadə olunaraq batır – batırmaq, sancmaq felindən törəmişdir) Bu gün dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi,siyasi, mədəni birliyinin, müqəddəslik və əbədiliyinin rəmzidir!

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvanda Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imtina edilmiş üc rəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək bir daha yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə (05.02.91, № 217-XII) ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.

Bu il Dövlət Bayrağı Günü qazanılan ZƏFƏR münasibətilə xüsusi ruh yüksəkliyi ilə qeyd edilir.
Bu dəyərli günümüzü başda Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün xalqımız və ordumuzla qeyd etməkdən qürur duyuruq. Xalq olaraq inanırıq ki, əzəmətli üçrəngli bayrağımız min illərlə ən yüksək zirvələrdə qürurla dalğalanacaqdır!!!

Təbriklər bütöv Azərbaycan!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Xudaferin.eu
 

12:41