Kenyanın müxalifət lideri seçki saxtakarlığında Azərbaycanı nümunə gətirdi
Kenyanın müxalifət lideri belə bir seçki saxtakarlığının yalnız Azərbaycanda ola biləcəyini deyib
Kenyada avqustun 8-də keçirilən prezident seçkilərinin nəticəsi ilə müxalifət razılaşmayıb. Seçki nəticələrinə görə, hazırkı prezident Uhuru Kenyatta seçicilərin 54,5 % səsini qazanaraq, müxalifətin əsas namizədi Raila Odegaya qalib gəlib. Odinga isə təqribən 45 % səs toplayıb. Odinga bu nəticələri tanımadığını bildirərək, seçkilərin saxtalaşdırıldığını bildirib. Bundan sonra o, seçki nəticələrinin araşdırılması üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə qərarını senytabrın 1-də açıqlayacaq.
Müxalifət lideri seçki nəticələrinə etiraz məqsədi ilə avqustun 24-də mitinq keçirib. Çıxışında mövcud hakimiyyəti demokratiyanı əngəlləməkdə, seçki nəticələrini saxtalaşdırmaqda ittiham edən Odinga, Azərbaycanın da adını çəkib: "Son seçkilərdəki kimi saxtakarlıq yalnız Azərbaycanda seçki qutuları açıldıqdan sonra üzə çıxmışdı. Bu seçkilərlə bizim yeni yaranmağa başlayan demokratiyamız "seçki avtoritarizmi" adlı sistemə çevrilir. Bu sistemdə diktatorlar hər 4-5 ildən bir saxta seçki keçirməklə demokratiya libasına bürünürlər. Biz pisdən, ən pisə doğru gedirik" - Odinga belə deyib.

Rakurs TV
09:24
Digər xəbərlər