Kanadanın Monreal şəhərində Zəfər Günü münasibətilə tədbir keçirilib

Kanadanın Monreal şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Monrealdakı Türk icma mərkəzində baş tutan tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib, Türk Camisinin dini rəhbəri Adəm Atalay şəhidlərimizin ruhuna “Qurani-Kərim” oxuyub.

Kvebek Azərbaycanlıları Assosiasiyasının idarə heyətinin üzvləri Məsud Əliyev, Kəmalə Əliyeva, Tünzalə Bağırova və Əli Şərəf Azərbaycan xalqının şanlı Qələbəsinin tarixi əhəmiyyətindən danışıblar.

Xudaferin.eu


 

15:27