İtaliya mətbuatı Prezident İlham Əliyevin Brüssel səfərindən yazıb

İtaliyanın kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri zamanı keçirdiyi görüşləri geniş işıqlandırıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, “Nova.news”, “Libero 24x7”, “Notizie Geopolitiche”, “Sicurezza Internazionale”, “Agenzia Nova” kimi xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşlərindən, keçirdiyi mətbuat konfransından və verdiyi bəyanatlardan yazıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin Brüsselə səfəri sülh üçün yeni mərhələdir. Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək verdiyi vurğulanıb. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurlu inkişafı da xüsusi qeyd edilib.

Yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüş keçirdiyi bildirilib. Görüşün konstruktiv şəkildə keçdiyi vurğulanıb.

NATO-nun isə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi verdiyi töhfələri yüksək qiymətləndirdiyi bildirilib. Eləcə də Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti xüsusi qeyd olunub.

Nihad Budaqov

Xudaferin.eu

16:45