İsveç mediası Qarabağda azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqlar barəsində yazıb
İsveç mediası Qarabağda azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqlar barəsində yazıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İsveçin ən böyük qəzetlərindən olan Aftonbladet, Sydsvenskan, Uppsala Nya Tydning nəşrlərində və bir sıra internet portallarında yerləşdirilən informasiyalarda Qarabağda kütləvi əsgər məzarlığı aşkarlandığı qeyd edilib.
Yazılarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tviterdəki paylaşımından da sitat gətirilib: “Edilli kəndində Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalan və öldürülən Azərbaycan hərbçilərinin kütləvi məzarlığı aşkarlanıb… 1990-cı illərdəki müharibədən bəri 4000 azərbaycanlı itkin düşüb”.
Xəbərlərdə, həmçinin qeyd olunur ki, Azərbaycan 17 hərbi əsiri ABŞ-ın vasitəçiliyi ilə Ermənistana qaytarıb.

Rauf Əliyev
Xudaferin.eu
15:57
Digər xəbərlər