İstanbulda keçirilən beynəlxalq tədbirdə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib
Fevralın 16-17-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK), Türkiyənin Ədliyyə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə “Müsəlmanların qarşılaşdığı insan hüquqları pozuntuları” mövzusunda beynəlxalq seminar keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı təmsil edib.
A.Səfixanlı seminarda faşizm, rasizm, ksenofobiya kimi, islamafobiyanın da insan hüquq və azadlıqlarının kobud pozulmasına, insanlıq və bəşəriyyət əleyhinə cinayətlərin törədilməsinə səbəb olduğunu bildirib. O, Ermənistanın uzun illər azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin əsas səbəbinin dini və milli faktorlar olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda, vurğulanıb ki, ötən il Azərbaycan Ombudsmanının dəvəti əsasında İƏT MDİHK-nın üzvləri ölkəmizdə səfərdə olub, Ermənistan tərəfindən törədilmiş beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının pozulması hallarının müəyyən edilməsi ilə bağlı faktaraşdırıcı missiya həyata keçiriblər. Həmin monitorinqlər zamanı nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərində kütləvi dağıntılara, o cümlədən Pənahəli xan məqbərəsi, Ağdam Cümə məscidi kimi mədəni və dini abidələrin dağıdılması, müsəlmanlara məxsus abidələrin təhqir olunması faktlarına şahidlik etdikləri vurğulanıb.
Aparat rəhbəri, həmçinin insanların məhz etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edildiyi Xocalı soyqırımı barədə məlumat verib. Bu dəhşətli qətliamdan 30 il keçməsinə baxmayaraq, bu ağır cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb edilmədikləri diqqətə çatdırılıb. Tədbirdə İƏT tərəfindən Xocalıda törədilən cinayətin soyqırımı kimi tanındığı qeyd olunaraq, digər İslam ölkələrinin də bu cinayəti soyqırımı kimi tanımasına çağırış edilib və bu cinayətləri törədənlərin ədalət mühakiməsinə cəlb olunması istiqamətində birgə əməkdaşlığın zəruriliyi vurğulanıb.

Xudaferin.eu
23:43
Digər xəbərlər