İspaniya Ali Məhkəməsi Kataloniyanın iddiasını rədd etdi

 

İspaniya Ali Məhkəməsi bölücü bir rejim qurmaq istəyən Kataloniya rəhbərliyinin Madridin ölkə Ana Yasasının bölgə muxtariyyətinin ləğvinə imkan yaradan 155-ci maddəsinin tətbiqinə dair qərarından verdiyi iddiasını rədd edib.
 

Məhkəmənin qərarında bildirilir ki, iddianın təmin edilməməsinə əsas hökumətin qəbul etdiyi qərarın Senata təqdim edilməsi prosedurunun yenicə başlamasında və bunun hələ ki hüquqi nəticəsinin olmamasındadır.

İspaniyanın Nazirlər Şurası oktyabrın 21-də keçirdiyi təcili iclasda Ana Yasanın  Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən 155-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinin qərarı Kataloniya hökumətinin idarəçilikdən kənarlaşdırılmasını, bölgədə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur. Qərar Senat tərəfindən təsdiq olunmalıdır. İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək. Kataloniya rəhbərliyi Madridin qeyd olunan qərarından Ali və Konstitusiya Məhkəmələrinə şikayət edib.
O da bəllidir ki, Kataloniya öz dövlət bağımsızlığını elan edən kimi, bu bölgədən 650-dən çox nüfuzlu şirkət oranı tərk etmək zorunda qalıbdır. Bu da öz növbəsində gələn il üçün bölgənin və ümumilikdə İspaniyanın dövlət büdcəsinə azından 20 milyard dollar zərərin vurulması deməkdir.

Xudaferin.eu
“Avropa Bürosu”

 

 

10:47