İspandilli mətbuat Azərbaycan tərəfindən Ermənistana 10 hərbi qulluqçunun təhvil verilməsindən yazır

İspaniyanın EFE xəbər agentliyi, beynəlxalq SWI (İsveçrə İctimai Teleradioyayım Korporasiyası) onlayn-platformanın ispandilli versiyası “swissinfo.ch” və “holanews.com” “Bakı sərhədyanı ərazidə tutulan 10 hərbi qulluqçunu Yerevana təhvil verib” sərlövhəli məqalə dərc ediblər.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, ispandilli mətbuat Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadla Ermənistan silahlı qüvvələrinin noyabrın 16-da dövlət sərhədi istiqamətində təxribat törədərək tutulan 10 erməni hərbçinin Bakı tərəfindən Yerevana təhvil verilməsindən yazır.

Materiallarda vurğulanır ki, tutulan hərbçilərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə dekabrın 14-də təşkil olunan üçtərəfli görüşün nəticəsi olaraq həyata keçirilib.

Qeyd olunur ki, dekabrın əvvəlində mina xəritələrinin müqabilində Azərbaycan Kəlbəcər rayonunda döyüşlər zamanı tutulan 10 erməni hərbi qulluqçunu da azad edib.

Nigar Cəfərli

Xudaferin.eu

16:45