İrəvan Beyrut ermənilərini Qarabağda yerləşdirmək üçün hərəkətə keçdi

Ermənistandan Livana nümayəndə heyətləri yollandı - “böyük köç”ə hazırlıq görülür; işğalçı ölkənin məkrli planına qarşı nə etməliyik?

Ermənistan hakimiyyəti Livan paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayışdan və sonrakı günlərdə yaşanan gərginliklərdən də özünün məkrli məqsədləri naminə istifadə etmək istəyir. Söhbət Livan ermənilərinin Ermənistana və təbii ki, oradan da işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsi planından gedir.

Bu mövzunun davamlı şəkildə gündəmdə saxlanılması ondan xəbər verir ki, uzun illərdir Qarabağa süni köçürmə siyasətini davam etdirən İrəvan bu fürsəti əldən buraxmaq niyyətində deyil. Bu günlərdə hətta Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyan da Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. I Aramın təklifə müsbət cavab verdiyi və prosesin detallarının müzakirəsinə başlanıldığı bildirilir. Partlayışı bəhanə edən separatçıların lideri onları Laçın, Zəngilan və Kəlbəcər rayonlarının ərazisində məskunlaşdırmağı düşünür. Göründüyü kimi, erməni terrorçuları artıq heç nəyi gizlətmirlər də.

Avqustun 11-də isə Livandakı erməni icmasının təmsilçisi Misak Nadjaryan deyib ki, Ermənistan Livandakı diaspor üzvlərinin kütləvi köçürülməsinə, qaçqın axınını qəbul etməyə hazır olmalıdır. Ölən 150 nəfərdən 13-nün, yaralanmış 5 min nəfərdən artıq livanlıdan 250-nin erməni olduğunu xüsusi vurğulayan Nadjaryan deyib ki, ən əsası insan həyatıdır, amma maddi itkilər kifayət qədər böyük həcmdədir.

Qarabağda yeni savaş təhlükəsi artır » Reyting.az

Livanda partlayış baş verəndən İrəvandan bu ölkəyə gediş-gəliş intensivləşib. Həttta katalikos Birinci Aram da Beyrutda olub və erməni kilsələrinə baş çəkib. Nadjaryan özü isə Ermənistan hökuməti yanında diaspora işləri üzrə komissarı Zare Sinanyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  Həmin səfərlər zamanı əsas diqqət zərərçəkən Livan ermənilərinə yerində hər hansı kömək göstərilməsindən çox, onların Ermənistana köçürülməsi məsələsi müzakirə predmeti olub. Hesab olunur ki, Ermənnistana köçmək istəyənlərə şərait yaradılmalıdır. Xüsusilə də Livanda vətəndaş müharibəsi başlayarsa, o halda ən yaxşı addım kimi, ermənilərin buradan Ermənistana axınına nail olmaq əsas çıxış yolu kimi götürülür. Bunu Nadjaryan da etiraf edib.

“Ən başlıcası budur: əgər getmək qərarı qəbul olunsa, onda Ermənistana getmək lazımdır. Bu, yeganə çıxış yoludur, əgər millətimizi qorumaq istəyiriksə”-Nadjaryan deyib.

Beyrutdakı partlayışda ölən ermənilərin sayı artıb - YENİLƏNİB

 

Bu, çox məkrli bir plandır. İqtisadi çətinliklər məngənəsində sıxılan, pandemiyadan əziyyət çəkən, özü fəlakətlər içərisində olan Ermənistan Livan kimi varlı ölkənin vətəndaşlarına “gün ağlamaq” istəyir. Təbii ki, bu, Qarabağ torpaqlarında məkrli planların həyata keçirilməsi naminə düşünülmüş addımdır və onun rellaşmasına imkan vermək olmaz, hətta müharibəni başlamaq bahasınaolsa belə. Livan erməniləri anlamalıdırlar ki, Qarabağda - özgə torpaqlarında onları xoşbəxt həyat gözləmir.

“Livanda bas verən son faciəvi hadisələrdən sonra yəqin ki, ermənilər özlərini qan qardaşlarına daha da yaxın göstərmək üçün onlara cani dildən canyananlıq etməyə cəhd edəcəklər və erməni millətindən olan xeyli vətəndaşlarını öz ölkəsində ”müvəqqəti yerləşdirmək" adı ilə bölgəmizə gətirəcəklər".

 

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri qəzetimizə açıqlamasında söylədi. Bildirdi ki, ona görə də bu dəfə biz son dərəcə diqqətli olmalıyıq: “Onsuz da ”çörəyimizin duzu olmayıb" çox vaxt. Bu dəfə də biz bütün iqtisadi çətinliklərə, pandemiyaya baxmayaraq, yenə operativ qaydada Livan hökumətinə 1 milyon dollar yardım etdik. Heç olmasa bunun müqabilində oradakı vicdanlı insanlar Azərbaycanılıların insanpərvərliyini qiymətləndirsinlər, bizə “arxadan zərbə vurmasınlar”. Prinsip etibarı ilə, onsuz da biz inşallah tez bir zamanda işğal faktorunu aradan qaldırmaq üçün qarşımızda kim olur-olsun, ona qətiyyən əhəmiyyət verməyəcəyik. Torpaqlarımız işğaldan azad olunmalı və biz ərazi bütövlüyümüzü təmin etməliyik". Ü.Cəfərov müxtəlif kanallarla livanlılara mesajımızı çatdırmağı zəruri sayır: “Partlayış nəticəsində yurd-yuvalarından didərdin düşmüş livanlı ermənilər aldanmasınlar, heç olmasa, bu dəfə təkrar ağır zərbə almasınlar. Başa salmaq lazımdır ki, onlar Ermənistanın yağlı vədlərinə inanmasınlar. Eyni zamanda biz öz narahatçılığımızı diplomatik kanallar vasitəsilə Livan rəsmilərinin də diqqətinə çatdırmalıyıq”.

Qafar Çaxmaqlı — Vikipediya

 

Qafar Çaxmaqlı

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Ermənistanın məlum bir planı var: “Onu da zaman-zaman həyata keçirməkdədir. Bu, Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərimizə əhali köçürülməsidir. Ermənistan Qarabağı əhali ilə doldurub sonra ”onların da yaşamaq haqqı var", -deyə beynəlxalq prinsipləri dünyaya bağırmaq istəyir. Fürsət düşdükcə bunu edirlər. Suriyadan da buaraya əhali köçürülmüşdü. Amma onlar burada qalmadılar. İndilik müvəqqəti olaraq Livan ermənilərini də gətirilə bilər. Amma onların burada daimi qalmaq şansı yoxdur. Hər kəs proseslərin hansı istiqamətdə irəliləyəcəyini bilir". Q.Çaxmaqlı bildirdi ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarda 35 minə qədər əhali məskunlaşdırıb: “Buraya xeyli xərc qoyulub. Evlər, məktəblər, sosial təsisatlar qurulub, yollar çəkilib. Bütün bunlar ona görə edilir ki, ermənilər Rusiyanın onları kiməsə yedirtməyəcəyinə arxayındırlar. Amma dünya dəyişir, Rusiyanın özü ağır durumdadır. Bizim bu erməni planlarını alt-üst etmək üçün bir qərarlı addımınız yetər ki, oradakı suriyalı, livanlı və digər köçürmə əhali qaçıb getsin. Erməni nə edir-etsin, Qarabağ bizimdir, Qarabağın sahibi var və onu bir gün erməninin əlindən alacağıq! Livanlı erməni boşuna burada məskunlaşmaya razı olur”.

Qeyd edək ki, bundan əvvəl İraq və Suriyada gərgin hadisələrdən sui-istifadə edən Ermənistan həmin ölkələrin erməni və kürd kökənli əhalisini işğal altındakı Azərbaycan ərazisinə köçürməyə və qanunsuz məskunlaşdırmanı davam etdirməyə nail olub. Düzdür, Qarabağda böyük savaş riski indi buraya dəvət olunanları da ciddi düşünməyə vadar edir. Amma hər halda prosesləri tormozlamaq üçün bütün təzyiq rıçaqlarından istifadə edilməlidir. Livan hökumətinə izah olunmalıdır ki, dar gündə sənə dəstək olan Azərbaycanla münasibətlərin korlanmasına yönəlik təxribatçı addımlar atmaq istəyənləri durdurmaq lazımdır. Erməni diasporu, Livanda kök salmış ASALA çox istəyir ki, Livan-Azərbaycan əlaqələri korlansın, iki müsəlman ölkəsi düşmən olsun. Odur ki, Beyrut durumun nə qədər həssas olduğunu anlamalıdır. Heç kim təminat vermir ki, Livandan köçürülən “ailələr”in içərisində ASALA terrorçu qrupun üzvləri yer alacaq və günün birində Azərbaycana qarşı silah götürəcəklər. Biz birinci Qarabağ mühribəsində bunun şahidi olmuşuq və Qarabağda xeyli sayda Livan ermənisi, ASALA üzvü məhv edilib. Məsələnin ciddiliyini hər kəs qəbul etməlidir. Bu mənada bölgədə, o cümlədən İslam dünyasında böyük təsir gücünə malik Türkiyə də öz sözünü deyə bilər. Qarabağa terrorçuların axınının qarşısı istənilən şəkildə alınmalıdır.

xudaferin.eu

11:55