İraq parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanda səfərdə olan İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyəti aprelin 5-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, ibarət nümayəndə əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üstünə güllər düzüblər. Qonaqlar “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xudaferin.eu

13:39