İraq hökumət qüvvələri ildırım-sürətli əməliyyatla kürdlərin nəzarət etdikləri Kərkük şəhərini geri alıblar. Bu əməliyyat qondarma “İraq Kürdüstan”ının müstəqilliyi üzərində keçirilən referendumdan sonraya təsadüf edir. İraqın elitar Əks-Terrorizm Qüvvəsi bazar ertəsi günorta Kərkük şəhərinin mərkəzində inzibati binalara nəzarəti ələ keçirib.
Bu bizim üçün bayramdır – biz Bərzaninin partiyasından qurtulmaqdan çox xoşbəxtik
Onlarla zirehli maşın binaların yaxınlığına gələrək burada yerli polislə yanaşı mövqe tutublar. Onlar kürd bayraqlarını endirərək İraqın dövlət bayrağını binaların üzərinə sancıblar. Heç bir tərəf əməliyyat zamanı itkilərin sayı barədə məlumat verməyib. Lakin Kərkükdə fəaliyyət göstərən humanitar yardım təşkilatı Kərkükün cənubunda baş verən toqquşmalarda bir neçə peşmergə və İraq əsgərinin həlak olduqlarını bildirir. Bir milyon sakini olan şəhərdən kürd etnik bölücülərinin tamamilə qaçdıblar. Yerli Türkmanlardan ibarət izdiham İraq ordusunun gəlişini bayram edib. Bəziləri maşınlarına İraq bayraqları taxıb, havaya atəş açıblar.
Baş nazir Heydər Əl-Abadi yalnız İraq bayrağının Kərkük və bütün başqa mübahisəli ərazilərdə hökumət binaları üzərində dalğalandırılmasına göstəriş verib. Bu ərazilərdə Bağdadın iradəsinə zidd olaraq 25 sentyabrda müstəqillik üçün keçirilən referendum keçirilib. Rəsmi Bağdad ordunun irəliləyişinin ciddi müqavimətlə üzləşmədiyini bildirib və “peşmergə” kimi tanınan kürd qüvvələrini əməkdaşlığa və sülhü saxlamağa çağırıb.
Kürdlər Ərbilə qaçır
Bildiyimiz kimi hazırda Quzey İraqda kürdlərlə türkmanlar arasında qarşıdurma yaranıb.
Hal-hazırda kürdlər Kərkükdən Ərbilə qaçırlar. Bununla yanaşı, artıq İraq Türkmanları üçün ən vacib strateji bölgələrdən biri olan Tuzhurmatu artıq türkmənlərin əlindədir.
Bununla yanaşı, itirdikləri mövqelərdən qorxaraq geri çəkilməyə məcbur olan və Bərzaniyə tabe peşmərgələri çəkildiklərini və ABŞ-ın xəyanəti ilə üzləşdiklərini deyiblər.
Kərkükdə yeni qələbə: Kürdlər Bərzaniyə qarşı vuruşur
İraq ordusu Kərkükdə hərbi bazaları və neft quyularını ələ keçirmək üçün əməliyyatlara başlayıb. İraq ordusunun Kərkük yaxınlığındakı yolları və infrastruktur qurğularını ələ keçirdiyini açıqlayıb. Əməliyyatların başladığını qondarma “Kürdüstan Muxtariyyəti”nin təhlükəsizlik agentliyi də təsdiq edib. İraq Türkman Cəbhəsinin lideri Əşrəf Salihi türkmanlara səslənərək, “Tuzhurmatu və Kərkük ətrafında qarşıdurmalar başlayıb. Özünüzü qoruyun”.
Bununla yanaşı, azsaylı olsalar da heç bir zaman ərəblərə və türkmanlara qarşı əlində silah savaş etmək fikrində olmayan kürdlər də silahlanaraq bölücü kürd siyasətini yürüdən Bərzaninin peşmərgə qüvvələrinə qarşı savaşa giriblər. Onlar açıq şəkildə bildirirlər ki, Bərzani kürd xalqını yerli türkman və ərəblərlə düşmənçilik həddinə qədər çatdırıbdır. Qondarma “Kürdüstan” adı altında Bərzani öz ailəsi və tayfasından savayı heç nəyi düşünmür. Bu oyunlardan ən çox zərər çəkən də kürd xalqıdır.
Əməliyyatlardan sonra peşmərgə qüvvələri Kərkükün güneyinə çəkilib.
Bu barədə Kərkükdəki 5-ci cəbhə komandanı Kamal Kərküki açıqlama verib. “Peşmərgənin geri çəkilməsindən sonra Ərbildən dəstək qrupları bölgəyə doğru yola çıxıb. İraq ordusu hələ ki, şəhərə daxil ola bilməyib”, – Kamal Kərküki bildirib.
Qeyd edək ki, ötən gün İraq hakimiyyəti qondarma “Kürd Muxtariyyəti”nin Kərkükə PKK terrorçularını gətirdiyini açıqlayıb. Rəsmi Bağdad İraq “Kürd Muxtariyyəti”nin bu addımının müharibə elan etmək olduğunu bildirib. Son məlumatlara görə, İraq qüvvələri Kərkükün cənubundakı bəzi mövqeləri “Kürd Muxtariyyəti”ndən azad edib. Əməliyyatlar zamanı Kərkükdəki Keyvan hərbi bazası İraq ordusunun tam nəzarətinə keçib.
İraq ordusu Kərkükdəki hava limanını Bərzani qüvvələrindən azad edib.
Bölücü Bərzaniyə məxsus “Rudav” saytı İraq ordusu və Türkman milis qüvvələrinin Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yolunu azad edərək əlaqəni kəsməyə çalışdıqlarını bildirib. Yerli kürd əhalisinin də bu əməliyyatda İraq ordusuna dəstək verdikləri bildirilir. Onları ağır ittihamlarla suçlayan Bərzaninin informasiya şəbəkələri təhdiddolu açıqlamalarla bildirirlər ki: “Bərzaniyə qarşı olan hər bir kürd əvvəl-axır öz cəzalarını alacaqlar”.
İraq ordusu Kərkükü geri aldı

Xudaferin.eu
“Orta Doğu Bürosu”
10:12
Digər xəbərlər