İran Rusiyadan 130 ton uran konsentratı alacaq

2015-ci ildə İran mollakratiya rejimi Rusiyaya tədarük etdiyi 11 ton az zənginləşdirilmiş uranın qarşılığında 197 ton uran konsentratı alıb. İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Buşəhr AES-də istehsal olunan zənginləşdirilmiş uranın Rusiyada uran filizinin konsentratı ilə dəyişdiriləcəyini bildirmişdi.

Qeyd olunan məsələlər Vyanada iyulun 14-də İranın nüvə proqramına dair   qəbul olunan birgə hərtərəfli tədbirlər planı ilə nəzərdə tutulub. Qeyd edək ki, hər il 300 kq yaxın əlavə zənginləşdirilmiş uran istehsal edən İran ondan istifadə edə bilməz. Bu səbəbdən, İran Rusiya daxil olmaqla digər ölkələrə uranın satışına dair danışıqlar aparır.
Qeyd edək ki, İranın Rusiyadan Büşehir AES (Atom Elektrik Stansiya) adına aldığı uranla ilgili çox yaxın illərdə “atom bombası” hazırlamağı hədəf seçmişdir. Əgər İran mollakratiya rejimi buna nail ola bilsə, o zaman Orta Doğu üçün ən böyük təhlükə mənbələrindən biri ortaya çıaxacaqdır. Hal-hazırda Orta Doğu ölkələri arasında təkcə atomdan istifadə hüququ Pakistan və Hindistana məxsusdur. Ancaq, bu ölkələr dinc məqsədlər üçün atomdan istifadə edirlər

Cebhe.info

16:39