Mollakratiya rejiminin dəstəyi ilə Tehranda 100 min, İsfəhanda isə 12 min nəfər erməni yaşayır. Milli azlıqların hüquqlarının müdafiəsi adı altında parlamentdə daim iki erməni deptat onları təmsil edir. Bununla yanaşı, ermənilərə həm də mədəni və dini muxtariyyət statusları verilmişdir. Erməni Apostol Kilsənin isə müstəsna hüquqları var. Kilsə üç qrupa bölünür. Kilikiya Evi (Beyrutun Antilias Mərkəzi) və Quzey İran Erməni Kilsəsi (yəni Güney Azərbaycan) və İsfəhan Yeparxiyası (İran-Hindistan) dini strukturları bu ölkədə ermənilərin Orta Doğu boyunca gərəkən fəaliyyətlərinə böyük bir dəstəkdir. İsfəhan Yeparxiyası həm də Ermənistandakı Eçmiədzin Kilsəsi ilə ortaq hədəflər istiqamətində birgə çalışır. Güney Azərbaycanla bağlı erməni kilsəsinin başlıca hədəfi Türkiyənin Urmu bölgəsi ilə sınırlar boyunca durumu nəzarətdə saxlamaq, 1918-1920-ci illərdə olduğu kimi Rusiya, Fransa və İngiltərənin maliyyə, silah və beynəlxalq dəstəyi ilə kürdlər və aysorlarla birgə türklərə qarşı soyqırımlarda, terror eyləmlərində bulunmaqdır. İrandakı mollakratiya rejimi də zatən pəhləvilər xanədanlığı kimi bütün bunlardan yararlanmağı hədəf seçmişdir.
“Xomeynizm” və erməni sevgisi
23 Bəhmən İnqilabından sonra hakimiyyətə gələn mollakratların dini lideri Ayətullah Ruhulla Musəvi Xomeyni 1979-cu ildə Tehrandakı erməni yeparxiyasının başçısı Artak Manukyanla görüşərək “erməni icmalarının hüquqlarının tanınması” barəsində ümumi razılıq əldə edir. Onların ikisi də “fars-erməni qardaşlığı”nın simvolu kimi birlikdə foto da çəkdirirlər. Bu günə kimi həmin fotolar bütün erməni kilsələrinin xüsusi bəzəyinə çevrilib. Onların dostluq telləri sonrakı İran rəhbərləri tərəfindən bir ənənəyə çevrilmişdir. Buna görə də, ermənilərə məxsus bütün kilsələr, memarlıq abidələri, məzarlıqlar, kitabxanalar və muzeylər dövlət tərəfindən maliyyələşdirilməklə yanaşı, həm də qorunur. Hər il aprel ayının 24-də uydurma “erməni soyqırımı” günü “Türk faşizmınə ölüm” şüarı ilə ermənilər Tehran, İsfəhan, Yəzd, Şiraz və digər farslara məxsus şəhərlərdə etiraz aksiyaları və küçə yürüşləri keçirirlər. Bunun üçün öncədən reklamlar lövhələri belə hər yerdə asılır. Ermənilərin antitürk siyasətinə ən azından etirazını bildirən Azərbaycan Türklərinə qarşı rejim sərt qaydalar tətbiq edir. Güney Azərbaycanın şəhərlərində isə ermənilərə məxsus bütün infrastukturlar xalqın tələbi ilə ləğv edilib. Bunun əsas səbəblərindən biri də ermənilərin 1918-1920-ci illərdə 200 mindən çox Azərbaycan Türkünə qarşı İngiltərə, Fransa və Rusiyanın maliyyə, silah və hərbi dəstəyi ilə apardıqları soyqırım siyasətidir. 1925-ci ildən bu günə kimi erməni, kürd və aysorların birlikdə apardıqları soyqırımları rəsmi şəkildə açıqlamaq yasaq edilsə də, Güney Azərbaycanın yurdsevər bilginlərinin dərc etdirdikləri kitablar bu məsələdə müstəsna rol oynamışdır.
İsfəhanda ermənilərin orta məktəbi
İranın rəsmi dövlət statistikasına görə ölkədə 120 min nəfərə yaxın erməni yaşayır. İndi onların ana dilində təhsil almaları üçün düz 20 orta mətkəb fəaliyyət göstərir. Bundan əlavə, Tehran, Yəzd, İsfəhan, Şiraz və farsların digər şəhərlərdə universitetlərdə erməni dilində xüsusi fakültələr mövcuddur. Orta məktəblər üç pilləli şəkildə fəaliyyət göstərir. Bu, hazırlıq sinifləri, orta və yuxarı siniflərdən ibarətdir. Həmin məktəblər dövlət büdcəsi sayəsində qayğılarla əhatələnib. Məktəblərdə fars dili ilə yanaşı, erməni dili, tarixi, ədəbiyyatı, musiqisi və dini proqramlar yer alıb. İran-Ermənistan anlaşmasına görə, hər il İrəvandan həmin məktəblərdə dərs demək üçün müəllimlər göndərilir. Erməni şagirdləri hər il Ermənistana və Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə, özəlliklə də Qarabağa ekskursiyaya aparılırlar. Onlara “türklərə qarşı tarixdə necə savaşdıqlarını, bir ideya olaraq, heçdən dövlət qurduqlarını, özgə torpaqlarını necə işğal etdiklərini, İranın dəstəyi ilə bu prosesi hansı təsir vasitələri ilə irəli apardıqları”nı izah edirlər. Tehrandakı “Erməni tələbələri cəmiyyəti” təşkilatının dəstəyi ilə “İran-Ermənistan əlaqələri” üzrə hər il keçirilən müsabiqələrin qalib olmuş gənclər İrəvanda ali təhsil almağa göndərilirlər. Bununla yanaşı İsfəhan və tehran universitetlərinin nəzdində xüsusi “ermənişünaslıq mərkəzləri” fəaliyyət göstərir. Halbuki, Güney Azərbaycanda yaşayan 25 milyonluq və eləcə də İranın digər bölgələrində yaşayan 10 milyonluq Türk əhalisinə ana dilində təhsil almaq, milli düşüncəyə uyğun mərkəzlər yaratmaq, ədəbi-mədəni sahələrdə fəaliyyət göstərmək tamamilə yasaqdır. “Türk dilində mədrəsə” şüarını səsləndirən vətəndaşı isə azından 7 il həbs cəzası gözləyir.
Mədəniyyət və din faktoru
İran mollakratiya rejiminin xüsusi qayğısı ilə ermənilər bu ölkədə Ermənistanda olmayan bütün qayğılarla əhatələniblər. Tehran və İsfəhan şəhərlərində erməni musiqisi, rəqsləri, çalğı alətlərinin mərkəzlərinə hər il dövlət büdcəsindən böyük həcmdə maliyyə ayrılır. Bu mərkəzlər daim arxiyepiskop Artak Manukyanın himayəsi altında özlərini rahat hiss edirlər. Çünki, o, mollakratiya rejiminin təməlini mqoymuş Xomeyninin yaxın dostlarından biri olub. Ermənilər demək olar ki, ilin bütün mövsümlərində müxtəlif tədbirlər altında öz milli hüquqları çərçivəsində tədbirlər keçirirlər. Özəlliklə “Çarmahal” Diyarşünaslıq Mərkəzi bu sahədə öndə gedir. Henri Manqasaryan, Artemi Ayvazyan, Aleksandr Arutyunyan, Robert Əmirxanyan, Aleksi Ekimyan və başqa bəstəçilərin əsərlərindən ibarət davamlı olaraq keçirilən mədəni müsamirələrə hətta Tehrankı xarici ölkələrin diplomatik korpusu da qatılır. Ayrıca dövlət dəstəyi ilə ermənilər üçün teatr yaradılıb. Son illər bu teatr İrəvandan dəvət edilmiş rejissor Qriqori Amyanın quruluşunda Zorayr Xələfyanın “Məktəb komediya”, Derenik Dəmirçiyanın “Qürurlu Nəzər”, Aramaşot Papayanın “Gəl və öl, mən səni sevirəm” peysləri tamaşaya qoyulmuşdur. Rusiya və Fransanın tehrandakı səfirliklərinin dəstəyi ilə hər iki ölkənin dramaturqlarının əsərləri də teatrın səhnəsində tamaşaya qoyulmuşdur. 15 milyon əhalisi olan Tehranda ermənilər üçün “Mərzəvan” İdman-Mədəniyyət Kompleksi inşa edilmişdir. Bu kompleksin 15 min tamaşaçı tutumu vardır. Onun nəzdində isə “Ararat” idman mərkəzi fəaliyyət göstərir. Ermənilərə məxsus bu mərkəzdə gündəlik 3500 nəfər idmanın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. “Ararat” adlı futbol, basketbol, boleybol, tennis, şahmat və toplam 9 idman klubu mövcuddur. Son illər Suriya, Ermənistan və Livan erməniləri bu klublarda yaxından iştirak edirlər. Halbuki, bu ölkədə Türk dilində hər hansı bir mədəniyyət və ya idman mərkəzini açmaq tamamilə yasaqdır. Bu ölkənin iqtisadiyyat nazirliyinin açıqlamasına görə, İranda ermənilərə məxsus 2000-dən çox müəssisə vardır. Beləliklə də 120 minlik erməni əhalisinin digər millətlərə görə iqtisadi baxımdan azadlıqları ən üstün səviyyəyə qalxmışdır. Onların əksəriyyəti sənaye və ticarət sektorunda fəaliyyət göstərir. Hətta bütün işadamlarını birləşdirən “İran erməni əsnafları birliyi” adlı qurumunu da yaratmışlar. Bu qurumun əsas fəaliyyət dairəsi erməni işadamlarının hüquqlarını qorumaqdır. Digər xalqlardan fərqli olaraq, ölkə büdcəsinə az vergi ödəyirlər. Çünki, mövcud kilsələrini və mədəniyyət mərkəzlərini yaşatmaq üçün erməni işadamlarına xüsusi güzəştlər tətbiq olunur. İranda ermənilərin 250 şirkətin əsas gücü böyük sənaye infrastrukturları ilə birgə çalışmasıdır. Çünki, Hindistan, Livan, Misir, Ermənistan, Gürcüstan, Rusiya, İordaniya, Banqladeş və digər ölkələrdəki ermənilərə məxsus ticarət və iqtisadiyyat sektoru ilə həmin şirkətlərin geniş əlaqələri vardır. Erməni şirkətlərinə İran mollakratiya rejiminin bunca isti münasibətinin bir sirri bundan ibarətdir. Tehranda və İsfəhandakı ermənilərin ayrıca “Asiya sənaye qrupu” adlı mərkəzləşdirilmiş biznes strukturunun ən böyük gəlir qaynağı isə, Azərbaycan Respublikasının 23 ildir işğal altında olan ərazilərindən mərmər, qranit (Zəngilan), əczaçılıq sənayesi üçün təbii bitkilər, taxta, mineral sular, qızıl, qurğuşun, sink, pelit, obsidan, oniks, petrifoid, listvent (Kəlbəcər), mişar daşı, kəc, üzlük daşı (Ağdərə), üzlük daşı, yeraltı şirin sular (Şuşa), gil (Xocalı), şirin sular, üzlük və tikinti daşları (Xocavənd), pemza, vermukulit, əqiq (Laçın), sement, gəc, anhirid, pemza, yəşəm, xalsedan (Cəbrayıl) və digər təbii sərvətlərimizin beləcə ermənilər tərəfindən talan edilərək İrandakı emal müəssisələrinin əsas xammal bazası rolunu oynayır. Ağdamın Çobandağ ərazisindəki 140 milyon əhəng və 20 milyon ton gil yataqları, Şahbulaq ərazisində 25 milyon ton gil, Boyəhmədli kəndinə məxsus ərazidə 45 milyon ton gil, Xankəndinin yaxınlığındakı Harovdakı iri mərmər yataqları 23 ildir beləcə istismar olunur. Şuşa və onun ətrafında Azərbaycanın mineral sularının 13 faizi mövcuddur. İndi həmin müalicəvi suları ermənilər dünya bazarlarına çıxarırlar və külli miqdarda gəlir əldə edirlər. Tehran mollakratiya rejiminin erməni sevgisinin sirri də bundan ibarətdir. Bu problemin ən dəhşətli tərəfi odur ki, İrandakı ermənilərə məxsus sənaye müəssisələrinin istehsalı sonradan Azərbaycan Respublikasında on dəfələrlə baha qiymətə satılır.
Bu gün 120 minlik erməni əhalisinin gündəlik ermənicə söz tribunası kimi “Alik” (dalğa) adlı qəzetləri dərc olunur. Azərbaycan Türkcəsində isə qəzet və dərgilərin çapı rəsmi şəkildə yasaqdır. “Alik” qəzeti gündəlik 3 min tirajla ermənilərin xidmətindədir. Qəzetdə diaspor təşkilatları ilə bağlı geniş yazıların verilməsi həm də ermənilərin dünyaya çıxışı kimi başa düşülür. Bundan əlavə həmin qəzetin “Xaçmeruk” (çarpaz) gənclər üçün əlavəsi də dərc olunur. “Alik” qəzetinin ayrıca mətbəəsi olduğu üçün, erməni dilində kitablar, təqvimlər və sair nəşrlərə də geniş imkan yaradılıb. Bu qəzetin əsas missiyası isə ermənilər arasında milli vətənpərvərlik təbliğatını aparmaqdır. Qəzetin ideoloji yönü isə Daşnaksütyun Pariyası ilə uzlaşır. Tehran və İsfəhanda “Ay dat” (Erməni problemini öyrənmə mərkəzi) tipli strukturlar mövcuddur. Hər iki mərkəz Dağlıq Qarabağın erməni işğalında qalması üçün könüllülərin hazırlanması taktikasını həyata keçirir. Yaxşı hərbi və terrorçuluq təlimlərini görmüş erməni gənclərinin istənilən anda Azərbaycanın işğal altında olan bölgələrinə göndərilməsi mümkündür. “Qorxulu Tehran”ın qorxulu əməlləri və onun erməni sevgisinin gizli qatları barəsində gələn yazılarımızda ətraflı yazacağıq.
İran-erməni ilişkiləri çağdaş dönəmdə
III Yazı

Ənvər BÖRÜSOY
08:58
Digər xəbərlər