İngilislərə iqtisadiyyat dərsi keçən azərbaycanlı professor kimdir?

 

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin(SER) əməkdaşları tərəfindən “Azərbaycan Vikipediya”sında Maliyyə, İqtisadiyyat və İslami Maliyyə, Biznes Məktəbində Beynəlxalq Sığorta Şirkəti proqramlarının İdarə Heyətinin sədri, Durham Universitetinin professoru Nigar Həşimzadə haqqında məqalə yaradılıb. https://az.wikipedia.org/wiki/Nigar_H%C9%99%C5%9Fimzad%C9%99
Qeyd edək ki, Nigar Həşimzadə ilə bağlı vikipediyada bu informasiyalar yer alıb.
1964-cü il iyul ayının 19-da anadan olmuşdur. Atası Firidun Məmmədəli oğlu Həşimzadə (1935-ci ildə anadan olub) fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatıdır. Anası Munirə Ənvər qızı Nizamətdinova (1932-2015) Fizika-riyaziyyat elmləri doktoru, Fizika professorudur. Babası Məmməd Əli Uğurlu oğlu Həşimzadə (1906-1980).
Nigar Həşimzadənin hazırkı vəzifələri: Durham Universiteti, Maliyyə və İqtisadiyyat Departamenti, Professor. Maliyyə, İqtisadiyyat, və İslami Maliyyə, Biznes Məktəbində Beynəlxalq Sığorta Şirkəti proqramlarının İdarə Heyətinin sədridir. Elmi işçidir və Maliyyə Araşdırmalar İnstitutunda çalışır. Bununla yanaşı, Vergi Araşdırma Mərkəzi,  CESifo Tədqiqat Şəbəkəsi, “Vergi Administrasiyası” jurnalının baş redaktorudur.
Könüllü vəzifələri: 2016-cı il oktyabr - dekabr: Könüllü araşdırmaçı CESifo Münhen, Almaniya, 2009-cu il yanvar - may: Könüllü professor, Kornell Universiteti, ABŞ.
Təhsili: 1998 - 2003: Kornell Universiteti, Ithaca, Nyu York, Amerika Birləşmiş Ştatları. İqtisadiyyat, MA; İqtisadiyya üzrə fəlsəfə doktoru. Sage təqaüdü. Elmi işinin adı: "Dinamik iqtisadiyyat haqqında üç oçerklər". 1997 - 1998: Miami Universiteti, Oksford, Ohayo, Amerika Birləşmiş Ştatları. İqtisadiyyat MA. Muskie təqaüdü. Elmi işinin adı: "Siyasi qeyri-müəyyənlik altında insan kapitalı və artım.", 1987 - 1990: Fizika İnstitutu, Bakı, Azərbaycan SSRİ. Yarımkeçiricilər və dielektriklər fiziki, Fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru ekvivalenti), Lenin təqaüdü., 1980 - 1985: Azərbaycan Dövlət Universiteti, Bakı, Azərbaycan, SSRİ. Fizik, Ali təhsil diplomu (MSc ekvivalent). Fərqləndirmə Diplomu ilə bitirmişdir.
İş fəaliyyəti: 2003 - 2006: Mühazirəçi, Ekseter Universiteti, 2007- 2008: Dosent, Ekseter Universiteti, 2012 - 2013: İqtisadiyyat Bakalavr Proqramları Rəhbəri, 2008 - 2011: Araşdırma direktoru, İqtisadiyyat, 2011 - 2013: İqtisadiyyat şöbəsinin rəhbəri,  2008 - 2013: Ridinq Universiteti professoru, Böyük Britaniya. 

Hurriyyet.org

09:17