Hüseyn Əmir Abdullahian: Qarşılıqlı səfərlərin intensiv xarakter daşıması İran ilə Azərbaycan arasında münasibətlərin inkişafını göstərir

Qarşılıqlı səfərlərin intensiv xarakter daşıması İran ilə Azərbaycan arasında münasibətlərin inkişafını göstərir.
Xudaferin.eu AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündə deyib. O bildirib ki, yüksək dövlət nümayəndələrinin qarşılıqlı səfərləri hər iki ölkə prezidentinin əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını göstərir.
Nazir qeyd edib ki, iki dövlət arasındakı ticarət dövriyyəsinin artması, Türkmənistan qazının İran ərazisindən tranzit keçərək Azərbaycana çatdırılması, eləcə də nəqliyyat və enerji sahəsindəki əməkdaşlıq daha dərin iqtisadi əlaqələrin qurulmasına zəmin yaradır. Postpandemiya dövründə iki ölkənin sərhədyanı regionları arasında qarşılıqlı əlaqələrin və gediş-gəlişin asanlaşdırılması da əhəmiyyətlidir. Bu, hər iki ölkənin regionlarının sosial-iqtisadi inkişafı üçün mühüm xarakter daşıyır.
H.Ə.Abdullahian iki qonşu və dost dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edib və nəzərə çatdırıb ki, həm İranın, həm də Azərbaycan Respublikasının daha yaxın iqtisadi əlaqələr qurması üçün böyük potensialları var. Bu potensialdan istifadə etmək lazımdır.

Rabil Kətanov

Xudaferin.eu

16:54