Hikmət Hacıyev: Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməməklə Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud surətdə pozur
Minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 5-də Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı keçirilən tədbirdə deyib.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan torpaqlarında çoxlu sayda minalar basdırıb. Beynəlxalq humanitar hüquqa əsasən bu, Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur: “Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritəsini təqdim etmir. Azərbaycanın mülki əhalisinin hüquqları kobud surətdə pozulur. Bu, eyni zamanda, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətinin və qətliamın davam etdirilməsidir”.
Prezidentin köməkçisi bildirib ki, Ermənistanın beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməməsi, işğaldan azad edilmiş ərazilərin bərpasını da ləngidir.

Xudaferin.eu
13:36
Digər xəbərlər