Ölkədə struktur islahatları davam etdirilir; Hakimiyyət yeni ildən daxili siyasətində kifayət qədər korrektələr edəcək. Hazırda iqtidar içərisində konfliktdə olan qüvvələrin tarazlaşdırılması siyasəti yürüdülür. Həmin qruplaşmaların neytrallaşdırılmasından sonra yeni qərarlar olacağı gözlənilir. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun referendumdan sonra ciddi islahatlar olacağı haqda anonsu da real prosesin başlanmasına hesablanmışdı. PA rəsmisinin bu açıqlaması boş yerə deyilməyib və yeni ildən struktur islahatları daha gücləndiriləcək. Bu barədə mötəbər qaynaqlardan sızdırılan informasiyadaq qeyd olunub ki, prezident İlham Əliyev xeyli sayda Açıq Səhmdar Cəmiyyətlərinin ləğvinə ya da başqa qurumlara birləşdirilməsinə dair sərəncamlar imzalayacaq. Mənbənin verdiyi məlumatda iddia olunur ki, ASC-lərin ləğvi büdcə qənaəti və israfçılığa son məqsədi ilə reallaşacaq. Hökumət postneft dövründə artıq xərclər istəmir. Ona görə də bəzi qurumların ləğvi labüddür. Çünki bir-birini təkrarlayan strukturlar var ki, əlavə büdcədən maliyyə sərf olunur.
Neftin də dünya bazarında bahalaşacağı gözlənilmədiyi üçün hakimiyyət reformalara məcburdur. Bu siyahıda isə xeyli sayda ASC var. Onların indiyə qədər fəaliyyəti də səmərəsiz olub. Prezident həmin qurumların başqa strukturlara birləşdirilməsini zəruri hesab edib.
“Azərenerji” ASC, “Azəravtoyol” ASC, “Azəristiliktəchizat” ASC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ləğv prosesinə yaxınlaşır. Bu qurumların birləşdirilməsi nəzərdə tutulur. Nəticədə narazı məmur ordusu yarana bilər. Amma illərlə korrupsiya və talançılıq yuvasına çevrilmiş ASC-lərin xalqa xidməti də yoxdur. Artıq Milli Məclisdə bu qurumların ləğvi məsələsi qaldırılıb.
Artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi də nəzərdə tutulur. Belə ki, xərclərin optimallaşdırılması və idaretmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir. Bu baxımdan ciddi sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir. Bununla bağlı qərarlar yaxın vaxtlarda qəbul ediləcək. Dəyişiklərdə Nazirlər Kabinetinin ləğvi nəzərdə tutulmayıb. Nazirlər Kabinetindən tutmuş bütün ali, orta, aşağı və icra hakimiyyəti orqanlarında ciddi, köklü şəkildə islahatlar həyata keçirilməlidir: “İcra hakimiyyəti yuxarıdan aşağıya doğru ixtisar olunmalıdır. Qonşu ölkələrdə olduğu kimi yerli özünü idarəetmə orqanlarının səlahiyyətləri daha da artırılmalıdır. Bu gün xarici ölkələrdə icra qurumları nəzarət funksiyası həyata keçirdiyi halda Azərbaycanda isə birbaşa idarəetmədə iştirak edirlər. Bu bürokratiyanı yardan başlıca amildir”.
Hakimiyyətdə yeni konflikt mənbəyi
Prezident İlham Əliyev hansı ASC-ləri ləğv edir?

Xudaferin.eu
11:33
Digər xəbərlər