Gürcüstan qəzetində Azərbaycanın qazandığı uğurlar barədə məqalə dərc olunub
Gürcüstanın rəsmi “Sakartvelo Respublika” qəzetində “Azərbaycanın bu günü və inkişaf perspektivləri” adlı məqalə dərc olunub.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, gürcü dilində dərc olunan məqalənin müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi şərhçi Mübariz Göyüşlüdür.
Məqalədə deyilir ki, Cənubi Qafqazın aparıcı dövlətlərindən olan və 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası siyasi, iqtisadi, hərbi, sosial, təhsil, elm və digər sahələrdə yeni-yeni uğurlara imza atmaqdadır. Daxili siyasətdə multikulturalizm, tolerantlıq, vətəndaş həmrəyliyi, milli birlik məsələlərini ön planda tutan Azərbaycan xarici siyasətdə beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsini əsas tutur.
Azərbaycanın Gürcüstan ilə münasibətlərinə xüsusi yer verən müəllif qeyd edir ki, Azərbaycan Cənubi Qafqazla bağlı siyasətində Gürcüstanla strateji tərəfdaşlıq, mehriban qonşuluq münasibətləri saxlayır. Azərbaycan və Türkiyə Gürcüstanın iqtisadiyyatının inkişafına ən çox yatırım edən, dəstək olan ölkələrdəndir.
Hər bir dövlətin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı onun üçün milli təhlükəsizlik məsələsidir. Məhz buna görə işğalla barışmayan Azərbaycan 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq Qarabağı erməni işğalından azad etdi, ərazi bütövlüyü problemini çözdü.
Azərbaycanın müstəqil siyasət yürütdüyünün qeyd olunduğu məqalədə, həmçinin deyilir: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə ölkənin çətin vəziyyətində hakimiyyətə gələn Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi ilə problemlərin həllinə nail oldu, Azərbaycanı uğurlu inkişaf yoluna çıxardı. Həmin vaxt torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün mövcudluğu Azərbaycana ciddi problemlər yaşatdı. Lakin dövlət və xalqın milli birliyi, Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsi ilə tarix yazaraq torpaqlarını işğaldan azad etdi. Azərbaycan Ordusu, xalqı, dövləti böyük əzmlə Qarabağı geri qaytarmaqla möhtəşəm Zəfər tarixi yaratdı”.
Məqalədə Azərbaycanla oxşar maraqları olan Gürcüstan ilə əməkdaşlıq və tərəfdaşlığın hərtərəfli intensivləşməsi, ümumi maraqların mövcudluğu, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması və Avropanı Asiya ilə birləşdirmək üçün tarixi İpək Yolunun bərpası, eləcə də ümumi təhlükəsizliyə təminat verən birgə transregional layihələrdə iştirak bu münasibətlərin mühümlüyünün göstəricisi olduğu vurğulanır.
Xüsusi olaraq diqqətə çatdırılır ki, Azərbaycan yalnız öz qonşuları ilə deyil, dünyanın bütün dövlətləri ilə qarşılıqlı hörmət prinsiplərindən çıxış edərək münasibətlərini tənzimləyir. COVID-19 pandemiyası vaxtı Azərbaycan bir sıra ölkələrə dəstəyini əsirgəmədi.
Məqalədə, həmçinin bildirilir ki, xalqımız hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.

Xətayi Əzizov
Xudaferin.eu
23:34
Digər xəbərlər