Gürcüstan mətbuatı: “Azərbaycan Prezidenti Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi”

Gürcüstanın 24news.ge, interpress.ge informasiya portalları Prezident İlham Əliyevin işğaldan azad olunmuş Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə fikirlərini yayıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, materiallarda Azərbaycan Prezidentinin yeni təyin edilmiş mədəniyyət naziri ilə görüşü zamanı söylədiyi fikirlər, işğaldan azad olunmuş ərazilərə yol çəkilişi, infrastruktur layihələri və mədəni tədbirlərlə bağlı tapşırıqlarına yer verilib.

Bundan başqa, Azərbaycan Prezidentinin tapşırığına əsasən, bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcəyi barədə oxuculara məlumat verilir.

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin Azərbaycan koronavirusa qarşı peyvəndləməyə başlanacağı vaxtla bağlı fikirlərinə də geniş yer verib.

Xudaferin.eu

13:24