Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi fikirlərə geniş yer veriblər

Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi fikirlərə geniş yer veriblər.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, kavkasia.net, 24news.ge, aktual.ge və dalgatv.ge informasiya portallarında Prezident İlham Əliyevin Ermənistana verdiyi sülh mesajı, eyni zamanda, yenidən müharibəyə cəhd etsələr alacaqları tutarlı zərbələr barədə xəbərdarlığı və Ermənistanın havadarlarına cavabı barədə xəbərlər yayılıb.

Xətayi Əzizov
Xudaferin.eu

16:29