Güney Koreyada əhalinin tələbi ilə president istefaya göndərildi

Güney Koreya qanunvericiləri milyonlarla dollarlıq qalmaqalla əlaqələndirilən ölkənin ilk qadın prezidenti Pak Gin Henin impiçmentinə səs verib. 300 yerli parlamentdə Milli Assambleyanın 234 üzvü onun impiç edilməsinə səs verib. Bu səslərin üçdə ikisindən də çoxu deməkdir. Pakın hakimiyyəti əlindən alındığına görə səs vermədən sonra hökumətə müvəqqəti baş nazir Hvanq Kyo Ahn başçılıq edəcək. Pakın impiçmenti elan edildikdən sonra Milli Assambleya qarşısında toplaşmış nümayişçilər səsvermə nəticələrini alqışlayıb.

Qalmaqal Pakın vəzifəsindən uzaqlaşdırılması tələbi ilə həftələrlə ölkə boyu davam edən kütləvi nümayişlərə səbəb olmuşdur. Güney Koreya tarixində bu ilk dəfədir ki, prokuror hakimiyyətdə olan prezidenti cinayət axtarışlarına cəlb edib. Prezidentin mətin və qeyri-korrupsioner imici onun uzun zaman dostu olmuş Çhoi Sun Sil tərəfindən məhv edilib. Çhoi Pakla münasibətlərindən istifadə edərək Koreya konqlomerlərini iki şübhəli fonda 65 milyon dollar ianə etməyə məcbur edib. Eyni zamanda o, məbləğin müəyyən hissəsinin və bəzi gəlirli kontraktları özünün və yoldaşlarının şirkətlərinə ötürüb.

Xudaferin.eu

13:20