Güney Koreya prezidentin impiçmentinin vaxtı dəqiqləşdi

Korrupsiya skandalı ilə əlaqədar Cənubi Koreya prezidenti Pak Kın Xenin impiçmentinə səsvermənin keçiriləcəyi rəsmi tarix parlament tərəfindən təyin edilib. Anonim səsvermə cümə günü 9 dekabrda keçiriləcək. Prezidentin impiçmenti üçün 300 deputatdan 200-ü leyhinə səs verməlidir. Sonra isə qərarı Konstitusiya Məhkəməsi təsdiq etməlidir. Bu da 180 gün çəkə bilər.

Qeyd edək ki, Pak Kın Xenin istefaya göndərilməsi ilə bağlı dəfələrlə ictimaiyyət aksiya və mitinqlər keçirmiş və ölkədə korrupsiya hallarının yolveriklməzliyi xüsusilə mitinqlərdə  gündəmə gətirilmişdir. Bunun əsas səbəblərindən biri də Pak Kın Xenin uzun illərdir  rəfiqəliq etdiyi birisinin vasitəsilə korrupsiya hallarına yol vermişdir. Bu məsələ mətbatın gündəminə gəldikdən sonra hətta dəlil-sübutlar da ortaya atılmışdır. Prezident və onun komandası isə həmin faktları təkzib etməkdə aciz duruma düşmüşlər. Beləliklə də onun istefaya göndərilməsi artıq günün vacib şərtlərindən biridir.

Xudaferin.eu   

04:55