Güney Azərbaycanda Türk dilində çəkilən filmlərin sayı artmaqdadır

 

Güney Azərbaycanda Türk dilində “Ögey gəlin” adlı yeni tammetrajlı bədii film çəkiləcək. Tərbizli rejissor Əsgər Yüsifinejad filmin Güney Azərbaycanın bütün kino-teatrlarında nümayiş etdiriləcəyini bildirib.

Hazırda filmin ssenarisi üzərində işlədiyini deyən Əsgər  Yusifinejad yaxın günlərdə ssenarini tamamlayacağını və çəkilişlərə başlayacağını bildirib. Çəkilişlər Tərbiz və digər şəhərlərdə aparılacaq. Xatırladaq ki, rejissorun Türk dilində çəkdiyi “Ev” adlı birinci filmi ötən ay Yaponiyanın başkəndi Tokioda və Avstraliyanın Melbrun şəhərlərində  keçirilən festivallarda nümayiş olunub.
Onu da qeyd etmək gərəkdir ki, son illər Güney Azərbaycan kinomatoqrafçılarının çəkdikləri bir sıra filmlər Türkiyə, Almaniya, Fransa, Tatarstan və digər ölkələrdəki uluslararası kino festivallarında nümayiş etdirilib. Hətta bu filmlərdən bir çoxu ödüllər də alıblar. Addım-addım olsa da, Güney Azərbaycan milli kino sahəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyubdur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

10:17