Güney Azərbaycana qarşı Tehrandan daha bir rəzalət

“XUDAFERİN.EU”-ya daxil olan bilgilərdə qeyd olunur ki, Güney Azərbaycan Türkləri yeni qanunla İran mollakratiya rejiminə daha böyük həcmdə vergi ödəyəcəklər. İran mollakratiya rejimi Güney Azərbaycan kökənli iş adamlarının və məmurlara bağladığı vergi dərəcəsini 13.4% faiz artırıb.

Mütəxəssislər bildirirlər ki, Güney Azərbaycan kökənli işadamlarının fars bölgələrində daha çox vergi ödəməsi birbaşa Güney Azərbaycana qarşı ağır iqtisadi zərbə vuracaq . Belə bir halda Güney Azərbaycan kökənli iş adamları öz əllərində olan sərmayələrini  Güney Azərbaycandan çıxararaq məcbur olub fars bölgələrinə, yəni İsfahan, Kirman, Yəzd, Şiraz, Buşir, Xurmuc, Bəndər Çarek, Abadan, Xürrəmabad, Bəhbəhan, Bəndər Abbas, Kuxestek, Minab, Firuzabad, Cəm, Kermanşah, Semiram, Əhvaz, Komşe, Dəh Bid, Servestan, Nəcəfabad, Rəmhörmöz, Kaşan, Dorud, Dehloran, Kuxdeşt, Mehran, Məndəli, Kirmanşah, Bəndər Deyləm, Tehran və digər bölgələrə nəzərdə tutulur. Belə bir siyasəti aparmaqla əslində Güney Azərbaycanda kütləvi miqrasiya siyasətinin yürülməsi planlaşdırlıb.
Qeyd edək ki, ilk dəfə belə bir dərin siyasət 1925-ci ildə sonuncu türk hökmdarı Əhməd Şah Qacar hakimiyyətdən devrildikdən, İngiltərə, Fransa, Rusiya və ABŞ-ın dəstəyi ilə iqtidara gələn, bunun ardınca qatı fars şovinizmi siyasəti yürüdən Rza Pəhləvinin ilk hakimiyyət dönəmində aparılmışdır. 1925-ci ildən 1940-cı ilə kimi Güney Azərbaycanın tamamilə boşaldılması, əhalinin böyük qisminin bir tikə çörək dalınca farslara məxsus şoranlıq və səhralara köç etməsinən səbəb olmuşdur. Bunun ardınca ölkənin milli gəlirlərinin məhz farslara məxsus bölgələrdə təməl prinsiplər üzərində formalaşması prosesləri baş verdi. Bütün bunlar azmış kimi, həmin bölgələrə Güney Azərbaycandan köç edən əhalinin yarıdan çoxu zamanla assimliasiyaya məruz qaldılar.  
Hal-hazırda Güney Azərbaycan Milli Hərəkatı Tehran mollakratiya rejiminin bunca apertid siyasətinə qarşı dirənmək üçün milli hədəfləri ortaya atmağa başlayıb.  

Xudaferin.eu

Güney Azərbaycan, “Təbriz Bürosu”

14:40