Gələn ay Praqada Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn ay Praqada Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçiriləcək. Azərbaycanla yalnız iqtisadi əlaqələrə təkan verilməsinə deyil, eyni zamanda, mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da inkişafına çalışacağıq.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə yanvarın 26-da Azərbaycanın Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Çex Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlacek məlumat verib.

Çex diplomat Azərbaycanın Milli Məclis sədrinin və xarici işlər nazirinin Çexiyaya dəvət olunduğunu və bu səfərlərin səbirsizliklə gözlənildiyini vurğulayıb.

O, 30-cu ildönümü qeyd olunan Azərbaycan-Çexiya ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Azərbaycanla Çexiya arasında tarixi nöqteyi-nəzərdən ortaq cəhətlərin çox olduğunu qeyd edən diplomat, xalqlarımız arasında dostluğun möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Xudaferin.eu

15:31