Fatma Yıldırım: Döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir
Daşaltı kəndinin ərazisində iki mülki şəxsin minaya düşərək həlak olması Ermənistanın terrorçu siyasətinin növbəti təzahürüdür. Həlak olanlar Daşaltı kəndində bərpa və quruculuq işlərində iştirak edən dinc, günahsız insanlardır. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni məsələ deyil. Baş verən hadisələr mina terrorunun bütövlükdə erməni terrorizminin yeni forması olduğunu bir daha sübut edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, ilkin araşdırmalara əsasən mina bilərəkdən elə quraşdırılıb ki hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Belə ki, tank əleyhinə minanın üzərindən piyada əleyhinə minanın yerləşdirilməsinin məqsədi, həm də daha çox insan öldürmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Bu tip “sürpriz-minalar”dan adətən diversiya, terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.
Deputatın sözlərinə görə, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verilmiş xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Mütəxəssislərin ilkin mövqeyinə görə, bir neçə gün əvvəl verilən digər xəritələr də qeyri-dəqiqdir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir.
“Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan, xüsusilə BMT-dən daha fəal dəstək gözləyir. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olublar. Rəsmi məlumatlara görə, 10 noyabr 2020-ci il noyabrın 10-dan bu vaxta qədər işğaldan azad edilmiş ərazilərdə 7 hərbi qulluqçu, 29 mülki şəxs minaya düşərək həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Göründüyü kimi, mina partlaması nəticəsində daha çox mülki insanlar şəhid olub. Bu, bir daha sübut edir ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təzyiq göstərməlidir. Ermənistanın milli ideologiyası Türkiyəyə və Azərbaycana qarşı terror və nifrət üzərində qurulub. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə, məsələn, meşələrdə tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir.
"Biz Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, torpaqlarımızı minalardan təmizləyəcəyik və onu təhlükəsiz edəcəyik. İnsanlar öz doğma yurdlarına qayıdaraq rahat, firavan həyat sürəcəklər”, - deyə Fatma Yıldırım söyləyib.

Xudaferin.eu
14:03
Digər xəbərlər