“Eureporter” portalı: Azərbaycan-Avropa münasibətlərinə yenidən baxılmasına ehtiyac var

“Eureporter” portalında Milli Məclisin deputatı Nigar Arpadarainin “Avropa dəyərləri”nin bizim üçün anlamı, Azərbaycan-Avropa münasibətlərinə yenidən baxılmasına ehtiyac var” mövzusunda məqaləsi dərc olunub.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Avropa İttifaqının davamlı sülhə və bölgənin bütün ölkələrini əhatə edən regional əməkdaşlığa nail olmaq üçün yeni plan işləməli, əlaqələr, təhlükəsizlik, enerji, ekologiya, rəqəmsal transformasiya kimi vacib məsələlərə diqqət yetirməli olduğu vurğulanır. Həmçinin bildirilir ki, “Şərq tərəfdaşlığı” proqramının üzvləri onlar üçün ayrılıqda və birlikdə güclü Qərb tərəfdaşı olan Avropa İttifaqı ilə əməkdaşlıqdan necə faydalana biləcəyinin aydın planını təklif etməlidirlər.

Bundan əlavə, qeyd olunur ki, bu yaxınlarda keçirilən Şərq Tərəfdaşlığı Sammiti dialoq platforması təəssüratı yaradıb. Avropa İttifaqının Azərbaycana dəstək paketi elan olunub. Amma hələ iş planı hazırlanmalıdır.

Deputat qeyd edir ki, bu plan bütün tərəfdaşların ümumi maraqlarının dərk edilməsi və hamı üçün keçərli ümumi qaydaların qəbulu əsasında qurulmalıdır. Əgər buna müvəffəq olunarsa, ortaq Avropa dəyərləri ətrafında real müzakirəyə nail olacağıq.

Xudaferin.eu

23:33