Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Ermənistan silahlı bölmələrinin oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycan, gürcü və rus dillərində dərc olunan materiallarda Ermənistan silahlı bölmələrinin Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutması barədə məlumat verilir.

Aktual.ge, interpressnews.ge, kavkasia.net, palitranews.ge. internet portallarında yayımlanan xəbərlərdə qeyd olunur ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Xətayi Əzizov

Xudaferin.eu


 

14:12