Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur

Ermənistan növbəti provokasiyaya əl atıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.

xudaferin.eu

11:16