“Ermənilərin Rusiyadan kütləvi deportasiyası gözlənilir...” -Erməni nəşri...

"Hüquq-mühafizə orqanları miqrant ermənilərin sənədlərini lupa altında yoxlayır...”

“Rusiyadakı erməni-azərbaycanlı qarşıdurmaları fonunda Ermənistana böyük bir deportasiya dalğası gözlənilir...”

İşğalçı ölkənin “İravunk” qəzeti belə yazıb.

Erməni nəşri hesab edir ki,  Rusiya Federasiyasındakı Ermənistan-Azərbaycan gərginliyi nəticəsiz qalmayacaq. 

“Gözlənilməz gərgin vəziyyətdən sonra Rusiyadan Ermənistana böyük bir deportasiya dalğası gözlənilir. Bu mənada Rusiyada müvəqqəti iş tapan ermənilər arasında artıq müəyyən gərginlik var. Yerli hüquq-mühafizə orqanları miqrant ermənilərin sənədlərini lupa  altında yoxlayır” -  deyə qəzet yazır.

P.S. Rəsmi Moskva üçün həm Tovuz cəhbəsindəki son  gərginlik, həm də Rusiyadakı erməni-azərbaycanlı qarşıdurmaları Paşinyan hakimiyyətinə maksimum təzyiq etməkdən ötrü əsl girəvə oldu...(moderator.az)

01:37