Elman Mustafazadənin 60 illik yubileyinə

Yaradanımız insanları yaradanda onların ruhuna sevgi, dostluq, mərhəmət, məhəbbət və s. kimi gözəl, nifrət, zalımlıq, ikrah, vəhşilik və s. kimi çirkin hisslərlə bərabər vətənpərvərlik, torpağına, elinə-obasına hörmət, qayğı, bağlılıq hissi də bəxş etmişdir. Bu hissləri hamı eynilə yaşaya bilmir, bu da Yaradanın bir möcüzəsidir... İki biri-birini sevənlərin sevgisi, ailədəki bütün övladların ata-anaya sevgisi, bütün insanların Vətən sevgisi və yaxud iki şəxsin biri-birinə nifrət hissi heç vaxt eyni yaranmayıb, fərqlidir!
Bu hisslər içində qəribə bir hiss də var, həsrət!  Ata-anasını itirən övladların yanğısı, qardaş itirən bacıların yanğısı, bala itirən anaların yanğısı eyni olmur... Eyni ilə də həsrət, el-oba həsrəti, yurd həsrəti, torpaq həsrəti, ən başlıcası Vətən həsrəti hamıda eyni deyil...
Bu gün həsrətlər içində Vətən həsrəti, yanğılar içində torpaq yanğısı, el-oba yanğısı, əsl Vətən aşiqi, Şuşa havalısı , Laçın həsrətlisi  Elman Mustafazadənin doğum günü -60 illik yubileyidir. Adam var ki, həsrəti də, məhəbbəti də, sevgisi də, qayğısı da, bir sözlə, bütün hissləri sözdə, dildədir, Elman müəllimin bütün hisslərini  onun səsindən axan tebrdən duymamaq mümkün deyil!
    Əsl el oğlu, Vətən oğlu -Vətən daşı, yurd daşı Elman müəllim, doğum gününüz mübarək olsun! Ömrünüzə qədəm qoyan yeni yaşınız Qarabağ, Şuşa, Laçın həsrətinin sonunun başlanğıcı olsun! Azğınların tapdağına çevrilmiş torpaqları qarış-qarış gəzmək, yurd havasını doyunca ciyərlərinizə çəkmək Sizə nəsib olsun!
  Mənə "bacı" dediniz, mən də Sizə "qardaş" dedim! Allah bu bacı-qardaşlığı bizə xeyirliklə qismət etsin! Allah bizə qismət etsin, nənə yurdum,  sizin ata-baba yurdunuz Şuşanı görməyi nəsib etsin! 
Bir daha yubileyinizi təbrik edirəm!

Mehriban Həsənova
Xudaferin.eu

23:55