Dünya “soyqırım nağıllarına” inanmır

Ekspert: “Ermənilər unudur ki, indi 19-cu əsrin əvvəlləri deyil ki, hamını aldatmağa cəhd edəsən”

Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağda soyqırım var” yalanı da keçmədi, heç kim avantürist baş nazirin bu hay-küyünə inanmır və onu ciddiyə alımır. Hətta erməniləri daim müdafiə etməsi ilə seçilən tanınmış teleaparıcı Vladimir Solovyov belə Paşinyanın “Qarabağda erməni soyıqırımı aparılır” yalanını ifşa edib. “Rusiya 24" telekanalında ”Vladimir Solovyovla axşam" verilişinin efirində Vladimir Solovyov bildirib ki, Qarabağda heç bir erməni soyqırımı təhlükəsi yoxdur.

Halbuki Ermənistan rəhbərliyi son şans olaraq “Qarabağda soyqırım” yalanını ortaya atmışdı. Artıq bu yalanlara heç kimin inanmadığı və bunun Ermənistanın durumunu  bir qədər də ağırlaşdırdığını söyləmək olar. Dünya əslində ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətməyə cəhd etdiyinin-Gəncə nümunəsində-şahidi olmaqdadır.

AMİP sədrinin müavini, politoloq Elşən Mustafayev bildirdi ki, ermənilər indiyədək nələri varsa, iki vasitə ilə əldə ediblər. Birincisi, özlərini tarix boyu məzlum xalq kimi göstərməklə mütəmadi “soyqırıma” məruz qaldıqlarını təbliğ ediblər. İkinci isə öz qadınlarının tanınmış və yaxud nüfuzlu insanlalra rəsmi yaxud qeyri-rəsmi əlaqələrindən hər zaman yararlanmağa çalışıblar: “Yeri gəlmişkən, bu məsələdə hər hansı kompleksləri yoxdur. Dünyada məlum imicə malik Kardaşyanı ”millətin anası" kimi təbliğ etməkdən belə çəkinmirlər. Amma məsələ ondadır ki, illər geçdikcə dünyada onlara inanan insanların sayı azalmaqdadır. Türklərin guya erməni soyqrımı etməsi ilə bağlı apardıqları siyasət belə hər zaman saxta və yalan olub. Bu “soyqrımı” tanıyan dövlətlər isə həqiqət olduğuna görə yox, Türkiyə əleyhinə olduqları üçün “tanıyıblar”. Bu gün həmin dövlətlərdə bu məsələyə yanaşma da artıq dəyişib".

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Elşən Mustafayev

Elşən Mustafayev qeyd etdi ki, belə bir vəziyyətdə Azərbaycanı guya erməniləri “soyqırım” etməkdə ittiham etmək dünya tərəfindən gülüşlə qarşılanır: “Başa düşürük ki, Paşinyanın başqa yolu yoxdur. İşğal etdikləri torpaqları ordumuz geri qaytarır,  işğalçı ordunun canlı qüvvə və texnika itkisinin sayı günü-gündən artır. Müqavimət göstərmək imkanları azalır və  gedişatı öz xeyirlərinə dəyişə biləcək beynəlxalq dəstək də yoxdur. Belə halda, əllərində yeqanə silah özlərini məzlum kimi göstərmək , erməni və xristian olduqları üçün bölgədə onlara qarşı ”soyqrım" edildiyini dünyaya yaymaq qalıb. Dünyada hökumət və dövlət başçıları, siyasətçilər onsuz da bu cəfəngiyyata inanmırlar. Ermənistan  bunu yaxşı bilir. Onların əsas hədəfi həmin ölkələrdə yaşayan sadə insanlardır. Fikirləşirlər ki, həmin insanlar yalanlara inanıb  öz hökumətlərinə təsir göstərə bilərlər və bu istiqamətdə  həmin ölkələrdəki lobbiləri yardım göstərəcək. Amma indi 19-cu əsrin əvvəlləri deyil ki, hamını aldatmağa cəhd edəsən. Bu gün insanlar dünyanın istənilən yerindən,  istədiyi vaxt istədiyi informasiyanı ala bilirlər və həqiqətləri öyrənirlər. Düşünürəm ki, aparmaq istədikləri uğursuz kampaniya  məğlub bir dövlətin uğursuz  addımıdır. Belə təbliğat özlərini pis vəziyyətə salıb. Bu gün heç kim onların dediklərinə inanmır, əvəzində Gəncənin bombalanmasında həyatını itirən dinc sakinlərimizin, qadınların,  körpə uşaqların şəkilləri dünyada sosial şəbəkələrdə geniş yayılıb  və bu vandalizmin ermənilər tərəfindən törədildiyi qeyd olunub. Sosial şəbəkərlərdə bu vəhşiliyə etiraz edən saysız- hesabsız xarici vətəndaşlar var".

xudaferin.eu

11:26