Dövlət Bahçeli: 1992-ci il fevralın 25-26-da Xocalıda soyqırımı cinayəti törədilib

Otuz il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən zülmət dolu bir gecədə Xocalıda soydaşlarımızın qanı tökülmüş, canımızdan can ayrılmışdır. Xocalı hələ də qanayan, qaysaq bağlamamış, dərdinə çarə tapılmamış bir yaradır. 1992-ci il fevralın 25-26-da əhalisi 7 min nəfər olan Xocalıda soyqırımı cinayəti törədilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.

2020-ci il sentyabrın 20-dən noyabrın 10-dək Azərbaycan Ordusunun qəhrəman heyətinin bütün cəbhədə, döyüş meydanlarında erməniləri darmadağın etdiyini xatırladan MHP sədri Dövlət Bahçeli deyib ki, nəticə etibarilə Qarabağda 290-dan artıq yaşayış məntəqəsi azad olunub. Noyabrın 10-da imzalanmış bəyanat qələbəni təsdiqləyən və dəyərli Zəfəri özündə əks etdirən tarixi sənəddir.

Sabir Şahtaxtı

Xudaferin.eu

16:08