Dövlət Bağçalı: Qarabağ Azərbaycandır! Qarabağ ata yadigarıdır, ata yurdudur

Qarabağ Azərbaycandır! Qarabağ ata yadigarıdır, ata yurdudur. Can qardaşlarımız nə zaman, hansı məqamda istərlərsə onlarla çiyin-çiyinə olarıq, ətdən divar hörərik. Ankara ilə Bakının taleyi birdir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Kayseri şəhərində “2023-ə doğru: namizəd bəlli, qərar qəti!” şüarı ilə keçirilən bölgə mitinqində ifadə edib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan MHP sədri Dövlət Bağçalı deyib: Türkü Türkdən ayıra biləcək nə bir sərhəd, nə də bir əngəl yoxdur. Türkiyə sonadək Azərbaycanla həmrəylik içindədir”.

Cəsur şəhidlərimizə Allahdan rəhmət diləyən Milliyyətçi Hərəkat Partiyasının rəhbəri əminliklə vurğulayıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən qəhrəmanların intiqamı alınacaq.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin xoşməramlı olmadığını xatırladan MHP sədri Dövlət Bağçalı Türkiyəyə qarşı məkrli planların davam etməsindən danışıb.

Sabir Şahtaxtı

Xudaferin.eu

13:35