Diktator Kim Conq Undan dünyanı təhdid edən yeni açıqlama

O, bildirib ki, qitələrarası ballistik raketlə dünya savaşına qatılmağın sonuncu mərhələsindədir

Quzey Koreyanın diktator lideri Kim Conq Un bildirib ki, onun ölkəsi qitələrarası ballistik raketin hazırlanmasının sonuncu mərhələsindədir. Kim Conq Un bunu dünən Yeni İl münasibəti ilə xalqa televeziya vasitəsilə müraciətdə bəyan edib.
Quzey Koreya 2006-cı ildən bəri BMT-nin sanksiyalarına məruz qalıb. Buna səbəb ölkənin nüvə və ballistik raket sınaqlarıdır. Pxenyan buna cavab olaraq yay boyu silah hazırlama proqramlarını daha da artıraraq quru və dəniz balistik raketlərinin sınağını həyata keçirib. Quzey Koreya 2016-cı ildə beynəlxalq etirazlara və sanksiyaların artırılmasına baxmayaraq iki nüvə sınağı həyata keçirmişdi.
Quzey Koreya 2006-cı ildən bəri BMT-nin sanksiyalarına məruz qalıb. Buna səbəb ölkənin nüvə və ballistik raket sınaqlarıdır. Pxenyan buna cavab olaraq yay boyu silah hazırlama proqramlarını daha da artıraraq quru və dəniz balistik raketlərinin sınağını həyata keçirib. Ötən il sentyabr ayının 9-da Pxenyan 5-ci və ən böyük sınağı keçirəndən sonra ötən ay sanksiyalar daha da sərtləşdirilib.

BMT baş katibi Ban Ki Mun narahatdır

BMT-nin sabiq baş katibi Ban Ki-Mun deyib ki, o, Quzey Koreyanın ballistik raket və nüvə sınaqları fonunda Koreya yarımadasında gərginliyin artmasında ciddi şəkildə narahatdır. ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi ötən ay deyib ki, Quzey Koreya rakt üzərində kiçik nüvə başlığı daşımaq iqtidarında olsa da, uzun-mənzilli texnologiyanın hazırlanmasında çətinlik çəkir.
Qeyd edək ki, Quzey Koreya dövlətinin dünyanı daim təhdid edən addımlarının arxasında duran ölkələr isə, Rusiya, Çin, İran və digər diktator və avtoritar rejimlərdir. 

Xudaferin.eu

13:40