Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Böyük Britaniyada səfərdədirlər

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində London, Mançester, Aberdin və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmalarının üzvləri, Azərbaycan diaspor təşkilatlarının Koordinasiya şuralarının nümayəndələri ilə görüşələr keçiriləcək. Bununla yanaşı, Azərbaycana dost ölkələrin Birləşmiş Krallıqdakı icmalarının üzvləri ilə görüşlər planlaşdırılır.

Proqramda Böyük Britaniya rəsmiləri ilə görüşlər də nəzərdə tutulub.

Xudaferin.eu

16:33