Deputat: Prezident İlham Əliyev dövlətimiz və xalqımızın sülh tərəfdarı olduğunu hər zaman nümayiş etdirir

Ermənistan Respublikası bu günə kimi işğalçılıq siyasətini davam etdirərək dəfələrlə təxribatlar törədib, atəşkəs rejimini pozub, öz mənfur niyyətlərini nümayiş etdirib. Bu gün Ermənistanın faşizmə meyilli olması artıq danılmaz fakta çevrilir. Tarix boyu mütəmadi olaraq ermənilərin işğalçı bir ölkə olaraq torpaqlarımıza hücum etməsi və Azərbaycanın buna cavab olaraq müdafiə məqsədli əks-hücumu da bunu sübut edir. Avropa Birliyi və dünyada siyası nüfuzu və çəkisi olan digər ölkələrin rəhbərləri baş verən hadisələrin sülh və danışıq yolu ilə həll edilməsinə meyilli olsalar da, nədənsə bu günə kimi təcavüzkara tam təzyiq göstərilməmiş, qəbul edilmiş sənədlərin göstərişlərinə əməl etməsi tələb olunmayıb. 30 ilə yaxın bir dövrdə beynəlxalq qətnamələr kağız üzərində qalıb. Bütün bu ikili siyasətlərə baxmayaraq, heç kim inkar edə bilmir ki, Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparan və tarixi torpaqlarını geri qaytaran tərəfdir. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparıb və qalib gəlib.

Bu fikirlər Milli Məclisin deputatı Ülviyyə Ağayevanın AZƏRTAC-a verdiyi açıqlamada yer alıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin humanistliyini və yalnız tarixi ədalət, torpaqlarımızı işğaldan azad etmək mövqeyini, dövlətimiz və xalqımızın sülh tərəfdarı olduğunu hər zaman nümayiş etdirir. 44 günlük Vətən müharibəsi dövründə də Milli Ordumuz təcavüzkardan fərqli olaraq, beynəlxalq normalara əməl etmiş, mülki əhalini atəşə tutmayıb. Hətta dövlətimiz Xankəndinin erməni sakinlərinə də müraciət ünvanlayaraq bildirmişdi ki, bizim hədəfimiz yalnız işğalçı ordu və onun döyüşçüləridir və Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə (düşmən tərəfdə olsa da) və onun infrastrukturlarına atəş açmayacaq. Mülki əhaliyə hərbi hissələrdən mümkün qədər uzaq olmaq məsləhət görüldü. Halbuki bunun tam əksi olaraq, təcavüzkar ölkə, dinc əhalinin yaşayış yerlərini, infrastrukturları ağır artilleriya atəşinə tutdu və bu, birinci dəfə deyildi, Xocalı soyqırımı, Tovuz hadisələrində, hətta hadisələrin sonrakı gedişatında da Ermənistanın əsas hədəfinin bizim yaşayış məntəqələrimiz olduğunun şahidi olduq. Bunun nəticəsində mülki əhali arasında xeyli yaralanan və həlak olan vətəndaşlarımız oldu.

Özünü bütün dünyaya daim günahsız qurban kimi qələmə verən ermənilər bir tərəfdən ikili siyasətlərini nümayiş etdirir, digər tərəfdən, hər zaman Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, təşviş yaratmaq məqsədi güdürlər”, - deyə açıqlamada bildirilib.

Deputat əlavə edib ki, Azərbaycan hökuməti hər zaman olduğu kimi, bu gün də xalqa arxalanır. Xalq öz ordusuna etibar edir və onun ordu ilə birliyi sarsılmazdır. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir.

Azərbaycan bütün dünyaya güclü dövlət olduğunu nümayiş etdirdi və göstərdi ki, Dağlıq Qarabağ mübarizəsi ümumxalq mübarizədir və haqq hər zaman qalib gəlir.

Xudaferin.eu

15:46