Davud Turan: İndiki durumda türkmənlər Kərkükdə özəl status əldə edə bilərlər

 

Davud Turan deyir ki, güneyli fəalların çoxu kürdlərin dövlət qurmasına qarşı iddia irəli sürmürlər, amma Kərkükün Kürdüstanın içində yer almasına etiraz edirlər. Siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə Kərkük vilayətində baş verən olayları dəyərləndirməklə yanaşı bölgədə yaşayan türkmən əhalinin siyasi gələcəyi haqqında düşüncələrini paylaşıb.

Davud Turan keçən illərdən bəri cərəyan edən və Kərkük ətrafında yaranmış hazırkı böhrana yol verən prosesi belə izah edir: Dünyanın hər yerində bir müstəqillik hərəkatı varsa, və biz də müstəqillik hərəkatı yürütdüyümüzü iddia ediriksə, bunun qarşısında durmağımız, öz hədəflərimizə qarşı olmaq anlmaına gələr.

“Öncələr Kərkükə özəl bir status verilməsi müzakirə edilirdi. Amma, kürdlər bunu rədd edib, Kərkükü Kürdüstan dedidkləri torpaqların içində göstərirdilər. Sonra referendum məsələsində o torpaqları da öz içinə qataraq yüksək səslə 'bəli' qərarı çıxdı.”

Turanın dediklərinə görə, Kərküklə bağlı daha öncə kiçik miqyasda razılaşmalar olmuşdu, amma buranın "hər zaman partlamağa hazır bir bomba" olduğu deyilirdi. "Son günlərdə də bunu gördük. Əlbbəttə kürd qüvvələri geri çəkilib və dirənmədən Kərkükü İraq Ordusu və Haşdi Şabi (İraqlı şiələrinin yarı-hərbi milis qüvvəsi) güclərinə verdilər. Amma dirənsəydilər, ki bundan sonra da bunun ehtimalı vardır, yenə də Kərkük üzrə bir muharibənin çıxması mümkündür,” o, əlavə edir.

Siyasi şərhçi İran Azərbaycanında milli fəalların İraq Kürdüstanının keçirdiyi müstəqillik referendumuna dair baxışlarında da Kərkük mövzusunun əsas yer tutduğunu önə çəkir.

 “Təkcə Kürdüstan dövlətinin qurulması məsələsi deyil, dünyanın hər yerində bir müstəqillik hərəkatı varsa, və biz də müstəqillik hərəkatı yürütdüyümüzü iddia ediriksə, bunun qarşısında durmağımız, öz hədəflərimizə qarşı olmaq anlamına gələr. Burada məsələ nədir? Kürdlərin əksəriyyətdə olmadığı yerləri Kürdüstanın içində göstərmək... Oradakı hakimiyyətin Rudaw kimi media quruluşlarında Urmiyəni və Güney Azərbaycanın digər bölgələrini öz xəritələrində göstərirlər. Milli fəalların etirazı buna idi.”

Türkmənlər İraq Mərkəzi Höküməti altında, Kərkükdə özəl bir status və özünüidarəetməyə gedə biləcək bir sistem əldə bilərlər. Davud Turan hesab edir ki, türkmənlərin çoxu İraq Mərkəzi Hökümətinin idarəçiliyi altında yaşamağ üstünlük verirlər, "Çünki, orada özlərini güvəndə hiss edirlər. Torpaqlarının ərəbləşəcəyini düşünmürlər. Amma digər vəziyyətdə oranın kürdləşdirilməsi qorxusu ilə qarşı-qarşıya olurlar. Birinci səbəbi budur. İkinci bir ehtimal da bu ki, İraq Mərkəzi Höküməti altında özəl bir status və özünüidarəetməyə gedə biləcək bir sistem əldə bilərlər,” o deyir.

Türkiyə mediası xəbər verir ki, Kərkükün idarəçiliyi ilə bağlı İraqın kürd azlığına mənsub prezidenti Cəlal Talabani dönəmində qəbul edilən plan son olaylardan sonra yenidən gündəmə gəlib. Bu plana əsasən, Kərkük vilayətinin idarə quruluşu bərabər şəkildə türkmən, kürd və ərəb icmalarına verilir. Belə ki, vilayət məclisində üç etnik azlığın hər biri 32 faizlik kvota ilə təmsil olub, yerdə qalan dörd faiz isə digər azlıq qrupların təmsilçilərinə ayrılacaq. Bu plan Türkiyənin hakim partiyası AKP, həm də əsas müxalif partiya CHP tərəfindən dəstəklənir.

Amerikaninsesi.org

10:14