DAVİB “Dəmir yumruq və onun qəhrəmanları”adlı layihəsini növbəti dəfə 13 nömrəli Laçın məktəbində icra etdi.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agenliyinin maliyyə yardımı ilə (05.10.2022) həyata keçirtdiyi “Dəmir yumruq və onun qəhrəmanları” adlı layihəsi növbəti dəfədə Bakı şəhərində yerləşən Laçın rayon 13 nömrəli tam orta məktəbində keçirilmişdir.
Layihə iştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra, Şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan DAVİB-Qadınlar Şurasının sədr müavini N.Həsənova ilk öncə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə layihənin dəstəklədiyinə görə təşəkkür edərək, Təhsil nazirliyinə, nazirliyin əməkdaşı Kamran Zeynalova, Qarabağ regional və Şərqi Zəngəzur regional təhsil idarələrinə və Laçın rayon təhsil şöbəsinin müdir Nicat Həsənov layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün minnətdarlığını bildirdi.
Tədbir haqda Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin (DAVİB) Qadınlar Şurasının sədr müavini Nailə Həsənova DAVİB Mətbuat Xidmətinə bildirmişdir ki, 17 oktyabrda Laçın rayon 13 nömrəli tam orta məktəbdə keçirilən layihəmiz 2-ci dəfə keçirilsədə, fərqli iştirakçılarla və şagirdlərin layihə çərçivəsində hazırladıqları Vətənpərvər ruhlu şerlərin söylənilməsi layihəyə birazda ovqat qatdı. Onuda qeyd etmək lazımdır ki, DAVİB-in icra etdiyi layihə uşaq və yeniyetmələr arasında vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə müxtəlif təhsil ocaqlarında keçirməyi planlaşdırır. Agentliyin maliyyə dəstəyilə həyata keçirilən layihə iki ay müddətində Bakı şəhərində müxtəlif təhsil ocaqlarında icra olunmaqda davam edir.
Layihənin təlimçisisi Arzu Əliyeva daha sonra iştirakçılara 44 günlük müharibənin Qəhrəmanları və 'Dəmir Yumruq Əməliyyatı " haqda məlumatlar verdi.
Məktəbin direktoru Möhsüm Gülməmmədov çıxış edərək DAVİB-rəhbərliyinə şagirdlərin xahişini nəzərə alaraq layihənin növbəti dəfə Laçın rayon 13 nömrəli tam orta məktəndə keçirtdiyinə görə minnətdarlıq bildirdi.
Tədbirdə iştirak edən DAVİB Təhsil Departamentinin rəhbəri Şahnaz Bayramova Qarabağ savaşı haqda danışaraq, təmsil etdiyi QHT-nin hər zaman Ali və orta təhsil müəssisələrində məhz gənclərin vətənpərvərlik ruhlarının aşılanmasına, onları VƏTƏNPƏRVƏR gənc olaraq inkişaf etmələrinə hədəflənən layihələrin həyata keçirilçəsinə üstünlük verdiklərini qeyd etdi.
Tədbir iştirakçıları onlara paylanılmış bukletlər vasitəsilə layihənin məqsədi və təşkilat haqda bilgilərdə əldə etdilər.
Layihədə fəal iştirak etdiklərinə görə iştirakçılara SERTİFİKATlar təqdim edildi. Layihənin sonunda layihədə iştirak edən 30 nəfərdən çox iştirakçıları üçün çay süfrəsi açıldı.
Layihənin növbəti tədbirləri 6 nömrəli uşaq gənclər inkişaf mərkəzində keçirilməsi nəzərdə tutulub.
Layihə davam edir.

DAVİB Mətbuat Xidməti.

Xudaferin.eu


12:37