Ceyhun Bayramov Türkiyədə meşə yanğınlarında vəfat edənlərin ailələrinə başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə meşə yanğınlarında vəfat edənlərin ailələrinə başsağlığı verib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov özünün feysbukdakı hesabında yazıb.
“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, - deyə Ceyhun Bayramov qeyd edib.

Xudaferin.eu
11:38
Digər xəbərlər