Ceyhun Bayramov: Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir

Azərbaycanla Bosniya və Herseqovina arasında münasibətlər, siyasi dialoq yüksək səviyyədə inkişaf edir, eyni zamanda, parlamentlərarası əlaqələr mövcuddur.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçlə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə söyləyib.

Nazir bildirib ki, görüşdə Balkan yarımadasında və Cənubi Qafqazda əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə başlanılması ilə bağlı razılıq əldə edilib.

Ceyhun Bayramov postpandemiya dövründə ölkələrimiz arasında təhsil, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin güclənəcəyinə əminliyini bildirib.

Xudaferin.eu

16:16