Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı

İnternetdə Rusiya İmperatoru 2-ci Nikolayı və ailəsini güllələmiş NKVD-nin sabiq əməkdaşı Qriqori Nikulinin uzun illər məxfi saxlanılmış səs yazısı yayılıb.

Azpost.info xatırladır ki, 1917-ci ildə bolşeviklərin Rusiyadakı noyabr  çevrilişindən sonra imperator ailəsi Urala – Yekatrinburqa aparılıb və İpatevlərin evində saxlanılıb.  Uzun müddət Lenin başda olmaqla bolşevik rəhbərliyi Romanovlar ailəsi ilə necə rəftar edilməsi barədə qəti qərar verə bilməyiblər.

Yalnız 1918-ci ilin iyulunda imperator ailəsinin qətlinə fərman verilib və gizli dəfn edilib.  Rusiya imperatoru 2-ci Nikolay və ailə üzvləri 1918-ci il iyulun 16-dan 17-nə keçən gecə İpatevlər evində qətlə yetirilib.  Güllələnmə üçün əsas olaraq bolşeviklərin rəhbərlik etdiyi Ural vilayətinin əsgər, fəhlə, kəndli Sovetinin qəbul etdiyi qərar götürülüb.

Həmin gecə 50 yaşlı çar 2-ci Nikolay, 46 yaşlı həyat yoldaşı Aleksandra Fyodrovna, knyaginiyalar -22 yaşlı Olqa, 21 yaşlı Tatyana, 19 yaşlı Mariya, 17 yaşlı Anastasiya və 13 yaşlı şahzadə Aleksey güllələnib.

Boleşviklər həmçinin ailə həkimi olan 53 yaşlı Botkinə, aşpaz Xaritonovu, nökər Truppu və qulluqçu Demidovaya da rəhm etməyiblər.

1964-cü ildə yazılmış səs yazısında Nikulin 1918-ci ilin iyulunda çar ailəsinin necə öldürdüklərini soyuqqanlıqa nəql edir, bu gülləbaranın detallarını açıqlayır.

Onun sözlərinə görə,  həmin il Yekatrinburqda hamı çar ailəsi bağlı hansı qərarın veriləcəyini gözləyirdi:  “Hamı gözləyirdi ki, bu işin sonu necə olacaq. Biz bilirdik ki hansısa bir son olacaq. Gözəl günlərin birində, 16 iyulda Yurovski (çar ailəsinin güllənməsinə rəhbərilik etmiş şəxs -red) mənə dedi ki, onu İcraiyyə Komitəsinə çağırırlar.  3-4 saatadan sonra qayıdıb bildirdi ki, “vəssalam, qərar verildi.  İndi şəhərdə xüsusi vəziyyət elan olunacaq. Bu gecə biz çar ailəsinin hamısını aradan götrüməliyik”.  Sual bu idi: Necə?”

Nikulin onlara göndərilmiş direktivdən danışır və qeyd edir ki, “yuxarıdan” verilən göstərişə görə bu qətl hay-küysüz həyata keçirilməli idi: “Bəs necə edək? Biz bir neçə variant düşündük. Bir varianta görə, imperator ailəsinin hər bir üzvünə  ayrılıqda yanaşıb onları yatdıqları çarpayıda güllələmək. Başqa bir təklifə görəsə  çar ailəsini qayda-qaunu yoxlamaq adı ilə bir otağa cəmləyib otağa bomba tullamaq. Son variant isə ən ağlabatan variant oldu: Evə hucum təhlükəsi olduğunu elan edərək onların hamısını otağa yığmaq, orada güllələmək.  Proses hardasa gecə saat 11-in yarısında başlandı. Yurovski imperatorun ailə həkimi olan Botkinin otağına gedib onu oyatdı ona bu barədə dedi. Bildirki ki, hucum gözlənlir və biz müdafiə olunacağıq. Odur ki, çar ailəsi aşağı otağa düşməlidirlər”. 

Nikulinin sözlərinə görə, güllənməyə kömək üçün Fövqəladə Komisisyada -“ÇK”da işləyən Medvedyev, Rodzinski Yermakov və daha 4 nəfər göndərilmişdi. Güllənmələni icra etmək üçün 8 nəfər ayrılmışdı: “İmperatorun bütün ailə üzvləri otağa yığışdı. Bz qadınların oturması üçün stullar da qoyduq. Çünki azyaşlı şahzadə Aleksey çətinliklə yeriyirdi.  İmperatiriçə Aleksandra Fyodrovna oturdu. Bu zaman Yurovski qısaca bildirdi ki, “sizin dostlarınız Yekatrinburqa hucuma başlayıb. Odur ki, siz ölüm cəzasına məhkum edilmisiniz. Onlar söhbətin nədən getdiyini heç anlamadılar da… 2-ci Nikolay eləcə “a-a-a” deyə bildi. Bundan sonra atəş açmağa başladıq.  Birinci, ikinci… Bir neçəsi güllə yaralarından ölməmişdi.  Deysən knyaginiya Anastasiya və balışı qucaqlayan Davıdova… Balışı əlindən alıb onu öldürməli oduq. Şahzadə Aleksey də xeyli müddət tərpəndi. Sonunda biz hamısını  öldürdük. Mən hesab edirəm ki, onlara humanist münsibət sərgiləndi”.

Yerigəlmişkən qətliamda iştirak etmiş İsay Rodzinski də 1964-cü ildə verdiyi verdiyi müsahibəsində yeniyetmə şahzadəyə xeyli güllə vurduqlarını etiraf edib: “Ona 11 güllə vurduq, nəhayət canını tapşırdı. Aleksey çox diribaş və şən uşaq idi. Yerigəlmişən çox yaraşıqlı idi”.

Səs yazsının rəy bölməsində istifadəçilərin böyük əksəriyyəti Nikulini və bu cinayətdə iştirak edənləri lənətləyib.

FOTO: İmperator ailəsinin güllələndiyi zirzəmi. 1919-cu il. 

Səs yazısını isə çar qatili olan Medvedyevin “ Nauka” nəşriyyatının tarix redaksiyasında işləmiş oğlu Mixail Medvedyev yazıb. 1964-cü ilin oktyabrında o keçmiş çekist Qrioqri Nikulini Radio Komitəsinə dəvət edərək bu müsahibəni götürüb.  Müsahibə həmçinin çar ailəsinin üzvlərinin cəsədini yandırmış İsay Rodzinskidən də götürülüb. Medvdeyin oğlu onlara ağır sullar verib: Niyə uşaqları öldürdünüz? Kim öldürdü?

Bu səs yazısı partiyanın məxfi arxivinə göndərilib.

Medvediyevin oğlu xatırlayırdı ki, 30 –cu illərdə Moskvaya köçən Yurovski, Medvedeyev və Nikulin onların evinə yığışanda söhbət həmişə eyni məsələyə çıxırdı: İmperator Nikolaya birinci kimin gülləsi dəydi?

Qətlin iştirakçıları hakimiyyətdən böyük töhfələr alıblar. Onlar Moskvanın mərkəzi yerlərində əla mənzillərdə yaşayıblar, yaxşı karyera qurublar.  Mixail Medvdeyev NKVD-nin xüsusi səlahiyyətli apartının şöbə rəisi işləyib. Öz həmkarlarına qarşı təhqiqat işlərinə rəhbərlik edib. Nikulin isə Moskvanın su təminatı idarəsinə rəhbər göndərilib.

Qatillərin qəbri Novodeviçevo qəbristanlığında, Rusiyanın sabiq prezidenti Boris Yeltsinin məzarının qonşuluğundadır. Onların məzar daşlarında nə işə məşğul olduqları barədə heç nə qeyd edilməyib.

Güllənmədə iştirak etmiş Yermakov isə çar ailəsinə atəş açmış mauzerini Yekatrinburqdakı muzeyə bağışlayıb. /Azpost.info/

 

 

00:57