15 July 2024

Sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki...

Etiraf etməliyik ki, bu mövzu daha çox fundamental elm müstəvisində müzakirə olunmalıdır, nəinki populyar politologiyanın əhatə etdiyi çərçivələr hüdudlarında. Ancaq peşəkar analitikanın kasadlığı səbəbindən ölkəmizdə, xüsusən də sərhədsiz virtual məkanda radikal demaqogiya sözün hərfi mənasında tüğyan edir. Həmin bu spekulyativ demaqogiya obyektiv həqiqəti təhrif edir və əhalinin ictimai şüurunda yanlış sosial-siyasi stereotipləri formalaşdırır.

Azərbaycan ilə Mərakeş arasında viza tələbi ləğv edilib

Azərbaycan ilə Mərakeş arasında viza tələbi ləğv edilib.

​Xudaferin.eu AZƏRTAC -a istinadfən xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən ölkəmizin İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycan-Türkiyə əlaqələrini genişləndirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik

15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi.

Rövzət Qasımov: Ekspert qrupları vətəndaşların seçki hüququna dair müraciətlərinin araşdırılmasına məsuldur

Mərkəzi Seçki Komissiyası layihələrini intensiv şəkildə həyata keçirir. Bu layihələrin əsas məğzi isə müxtəlif seçki subyektlərinin seçki prosesində rol və vəzifələrinin öhdəsindən kifayət qədər məlumatlı şəkildə gəlməsidir.