01 May 2024

Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü

Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 9-cu turun oyunları keçirilir.

Xudaferin.eu xəbər verir ki, yarışı yüksək səviyyədə keçirən azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva son turda qara fiqurlarla Gürcüstan şahmatçısı Nino Batsiaşvili ilə heç-heçə oynayıb. Beləliklə, 10 turda ümumilikdə 8,5 xal toplayan Ü.Fətəliyeva rəqibləri üçün əlçatmaz olub və Avropa çempionatının qızıl medalına layiq görülüb.

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmaları alqışlayır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat verib.