Azərbaycanla Kuba arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev bu ölkənin Baş nazirinin müavini, xarici ticarət və sərmayə naziri Rikardo Kabrisas ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Kuba arasında tarixi dostluq münasibətlərinə toxunulub, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı ticarət imkanlarının dəyərləndirilməsi müzakirə edilib.