Azərbaycanla Kuba arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev bu ölkənin Baş nazirinin müavini, xarici ticarət və sərmayə naziri Rikardo Kabrisas ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Kuba arasında tarixi dostluq münasibətlərinə toxunulub, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı ticarət imkanlarının dəyərləndirilməsi müzakirə edilib.

Həmçinin səhiyyə, turizm, kənd təsərrüfatı, bərpaolunan enerji və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün perspektivlərin mövcud olduğu vurğulanıb.

Söhbət əsnasında qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Xudaferin.eu

15:43